Neft və qaz

Azərbaycan nefti ucuzlaşıb

3 Mart 2021 11:34
Baxış: 616
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti azalıb.

Milli.Az bildirir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,41 ABŞ dolları və ya 2,15% azalaraq 64,25 dollar təşkil edib.

Xatırladaq ki, ötən həftə ərzində (22-26 fevral) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 65,88 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 1,73 dollar və ya 2,7% çoxdur. Həftə ərzində ən yüksək göstərici (cümə axşamı günü) - 66,98 dollar təşkil edib, ən minimal göstərici (bazar ertəsi günü) isə 64,57 dollar səviyyəsində olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.