Azərbaycan xalqı Prezident İlham Əliyevin fəaliyyətini niyə yüksək qiymətləndirir?

9 Aprel 2019 18:59

"Fransanın nüfuzlu "Opinion Way" sorğu mərkəzi fevral və mart aylarında Azərbaycanda mövcud ictimai-siyasi vəziyyət, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahatlar, hökumətin ümumi, daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini öyrənmək məqsədilə geniş rəy sorğusu keçirib. Bütün sorğu istiqamətləri üzrə Azərbaycan Prezidentinin fəaliyyəti sorğuda iştirak edən respondentlər tərəfindən yüksək qiymətləndirilib və əsas məsələlərdə rəy bildirənlər ölkə başçısının fəaliyyətini təqribən 90 faiz ətrafında müsbət qiymətləndirib. Bu hər şeydən öncə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət və bu siyasətin mərkəzində Azərbaycan vətəndaşının mənafeyinin dayanması ilə bağlıdır".

Bu barədə Milli.Az-a açıqlamasında Milli Məclisin, eləcə də YAP Siyasi Şurasının üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu bildirib.

#745482## Millət vəkilinin sözlərinə görə, əslində Azərbaycan cəmiyyətini sosioloji kontekstdə müşahidə etməyi və ictimai nəbzi tutmağı bacaranlar üçün rəy sorğusunun nəticələri gözlənilən idi.
O, qeyd edib ki, bu kontekstdə önə çıxan başlıca məsələlərdən biri isə Prezident İlham Əliyev tərəfindən ölkəmizdəki ictimai-siyasi sabitliyin qorunması ilə bağlı respondentlərin qiymətləndirməsidir. Burada rəyi soruşulanların 90 faizindən çoxu sabitliyn qorunmasını yüksək qimətləndirdiklərini bildiriblər. Bu cür yanaşma sıravi azərbaycanlının srtateji düşünmə bacarığının olmasından xəbər verir.

"Yəni respondent bilir ki, ictimai-siyasi sabitlik olmadan nə sosial, nə də iqtisadi problemləri həll etmək mümkündür.

"Azərbaycanda müharibə əlilləri dövlət rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunur"

İkinci mühüm məsələ regionların inkişafının təmin olunmasının yüksək qiymətləndirilməsidir. Burada da müsbət rəy 90 faiz ətrafındadır. Doğrudan da, regionlarımızın inkişafı daima Azərbaycan Prezidentinin diqqət mərkəzində olub və bunun üçün 2004-cü ildən başlayaraq ardıcıl dövlət proqramları həyata keçirilib. Nəticə isə göz qabağındadır. Abad yollar, qaz və elektrik enerjisi ilə təchizat, sosial obyektlərin və idman qurğularının tikilməsi, regional sağlamlıq mərkəzlərinin yaradılması, iş yerlərinin açılması və s.

Buna paralel olaraq regionların iqtisadi zonalara bölünərək hər iqtisadi zonanın xarakterinə uyğun modern iqtisadiyyatın qurulması kimi işlər yeni reallıqlar formalaşdırıb. Bütün bunlar hazırki regionlarımızın real mənzrəsini təşkil edir və vətəndaşlarımız tərəfindən yüksək qiymətləndirilir".

Azərbaycana bu il daha çox turist gələcək - Axın ən azı payızadək davam edəcək

H.Babaoğlunun fikrincə, heç şübhəsiz ki, sosial sahədə inqilabi islahatların aparılması da respondentlərin diqqətindən kənarda qalmayıb və növbəti yüksək rəy alan blokda öz əksini tapıb: "Şəhid ailələrinə birdəfəlik müavinətlərin verilməsi, təqaüdlərin artırılması, Qarabağ veterenlarına əlavə ödənişin müəyyən edilməsi, minimum əmək haqlarının orta aylıq əmək haqlarına yaxınlaşdırılması, problemli kreditlərin həll olunması və digər bu kimi işlər vətəndaşlarımızın müsbət rəy ifadə etməsini təmin edibdir.
Eyni zamanda idarəetmədə aparılan islahatlar, xarici siyasət, ordu quruculuğu işlərindəki böyük uğurlar da respondentlər tərəfindən yüksək qiymətləndirilib. Nəticədə isə aydın olub ki, ötən bir ildə görülən işlər əslində "15+1" formulası kontekstində dəyərləndirilib. Azərbaycan cəmiyyətinin ictimai yaddaşı kifayət qədər dərin və məntiqlidir. Əgər 15 il öncə həyata keçirilən işlər olmasaydı, son bir ildə bu qədər böyük işləri də görmək mümkün olmazdı".

İlkin İzzət
Milli.Az