"Azərbaycanda müharibə əlilləri dövlət rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunur"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müharibə əlilləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın daima diqqət və qayğısı ilə əhatə olunub.
Bu barədə Milli.Az-a Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədr müavini Rauf Əliyev bildirib.

Bu görüş bir daha göstərir ki, Qarabağ müharibəsində, o cümlədən aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin sağlamlıqlarının bərpa olunması, fəal həyata qayıtmaları üçün müvafiq tədbirlərin görülməsi dövlət başçısı cənab İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın daimi nəzarətindədir və bu şəxslər onların diqqət və qayğısı ilə əhatə olunub".

O qeyd edib ki, müharibə əlillərinin protezlərlə təmin olunması ilə bağlı züsusi layihə həyata keçirilməsi təqdirəlayiqdir: "Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu "2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnalogiyalı protezlərlə təmin edilməsi" layihəsi həyata keçirilir. Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlillik qazanmış şəxslərin yüksək texnologiyalı reablitasiya vasitələri ilə təmin olunması məqsədilə Protez-Ortopedik Bərpa Mərkəzinin nəzdində xüsusi sex yaradılıb.
2017-ci ildə Heydər Əliyev Fondunun və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə yaradılan işçi qrupu tərəfindən 2016-cı il aprel döyüşləri zamanı yaralanmış və protezlərə ehtiyacı olan bütün əsgər və zabitlərlə görüşlər keçirilib, onlar yüksək texnologiyalı protezlərlə təmin olunublar. Artıq bu layihənin ikinci mərhələsi yekunlaşıb.
Qarabağ müharibəsi əlilərinə dövlət qayğısı sahəsində dəstək məqsədi daşayan bu layihənin davamı olaraq 2018-ci və 2019-cu illərdə daha bir qrup Qarabağ müharibəsi əlili Heydər Əliyev Fondunun dəstəyi ilə yüksək texnologiyalı protezlərlə təmin olunub. Ümumilikdə layihə çərçivəsində protezlərlə təmin olunan 100-dən çox Qarabağ müharibəsi əlili artıq aktiv həyata qayıdaraq əmək fəaliyytlərini davam etdirir. Tətbiq olunan yeni protezlərin texniki imkanları amputasiya olunmuş hissə ilə hərəkət uyğunluğu yaradır. Bunun sayəsində protezlə ayaq, yaxud əl bir-birinə maksimum uyğunlaşmış olur. Bu tədbirlərin həyata keçirilməsi imkan yaradır ki, xidməti vəzifələrini yerinə yetirərkən sağlamlıqlarının itirən zabitlər və əsgərlər özlərini cəmiyyətdən kənar hiss etmirlər və dinamik həyat fəaliyyəti ilə məşğul olan insanların arasındadırlar".

R.Əliyev qeyd edib ki, Azərbaycanda müharibə əlilləri ilə bağlı məsələlər bundan sonra da yüksək səviyyədə həll ediləcək: "Mehriban xanım Əliyevanın görüş iştirakçılarına müraciətində deyib: "Azərbaycan dövləti və Azərbaycan xalqı üçün hər bir əsgər əzizdir, dəyərlidir. Sizin saglamlığınızın bərpası və normal həyata qayıtmağınız üçün Azərbaycan dövləti lazımı addımları atır və bundan sonra da atacaqdır. Azərbaycan dövləti sizin fəaliyyətinizi yüksək qiymətləndirir, sizin kimi mərd və cəsur oğullarının olması ilə fəxr edir!"
Bu görüş göstərdi ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası, müstəqilliyi, ölkəmizin daha qüdrətli, daha möhkəm olması yolunda sağlamlıqlarını itirmiş əsgər və zabitlərimiz Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunmuş, bu şəxslərin həyat və fəaliyyətləri ilə bağlı bütün məsələlər yüksək səviyyədə həll edilir və bu belə də olacaqdır".
İlkin İzzət
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
80 yaşında olması inanılmazdır - (Video)
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
XƏBƏR LENTİ
-
Günün qoroskopu: İntuisiyanız məntiqinizi üstələyəcək
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
-
80 yaşında olması inanılmazdır - (Video)
-
“Qalatasaray”da ilk ayrılıq: Okan Buruk qərarını verdi
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
Cüdoçumuz Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - (Foto)
-
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
-
"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim" - İntiqam Kərimov
-
İran və Oman Hörmüz boğazında razılığa gəldi
-
Sinoptikdən anomal isti qış xəbərdarlığı
-
Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib - (Foto)
-
“Bizdə oriental oynaya bilmirlər, bədənləri silikonla doludur” - Elza Seyidcahan
-
İngiltərə Premyer Liqasında "Liverpul" və "Çelsi" xal itirib
-
“İstəyirəm gəlin evdə otursun, gözümün qabağında olsun“ - Könül Kərimova
-
Qubada ağır qəza - üç nəfər xəsarət alıb - (Foto)
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
-
Çində 26 mərtəbəli bina cəmi 120 günə tikildi - (Video)
-
“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər





