Tanınmış yazıçı, motivasiya psixologiyası üzrə mütəxəssis, teoloq Rövşən Abdullaoğlunun Milli.Az-a müsahibəsi:

- Rövşən müəllim, İslam dininin bayramlara və onların qeyd edilməsinə münasibəti necədir?
Elm və din güzgüsündə TƏKAMÜL
Əvvəla, dində bayram anlayışı var. Qurani-Kərimdə göstərilir ki, İsa peyğəmbər Allahdan möcüzə olaraq süfrənin (maidənin) endirilməsini və bunun özünkülər, eləcə də özündən sonrakılar üçün bayram olmasını istəyir. (Maidə, 114) Hədislərdə də Fitr və Qurban bayramlarının olduğunu görürük. Bunlar bütün müsəlmanlar arasında bayram günü kimi qəbul olunur. Ona görə də "dində bayram yoxdur" demək mənasızdır.
Daha əsas məsələ isə İslam dininin qeyri-dini və ya başqa dinlərdən olan bayramlara yanaşmasıdır. İslamda bayramlar bir neçə kateqoriyaya bölünüb. Birincisi, bunlar dini bayramlardır, yəni Fitr və Qurban bayramları. İkincisi isə qeyri-dini bayramlardır. Amma həm Qurani-Kərimin bayramlar barəsində nazil olan ayələrinə və onların izahlarına, həm hədislərə, həm də alimlərin fətvalarına baxanda görürük ki, İslam bütün qeyri-dini nə varsa, hamısını qadağan etməyib. Lakin elə xüsusiyyətlər var ki, onlar hansı qeyri-dini bayramlarda mövcuddursa, dinimiz onu qadağan edir. Onlar dinimizdə qadağan olunmuş pis əməllərin təbliğ olunması və yayılması ilə bağlıdır. Məsələn, hardasa pivə bayramı keçirilirsə, bu, qəbul edilmir. Şərab, spirtli içki dinimizdə qadağan olunduğuna görə onunla əlaqəli bayramlar da qadağan olunur.
Elə bayramlar var ki, dini ayinlərin icrası ilə bağlıdır, lakin insanlar tərəfindən süni şəkildə yaradılıb və özündə xürafatı ehtiva edir. Dinimiz müsəlmanların o cür bayramlarda iştirakını, qeyd etməsini düzgün saymır.
Bir də var qeyri-dini olan, lakin yuxarıda qeyd edilən xüsusiyyətləri özündə daşımayan bayramlar. O cür bayramları dinimiz məqbul bilir və onların keçirilməsində dini baxımdan heç bir qəbahət yoxdur. Məsələn, Hz. Əli vilayətlərə təyin etdiyi hakimlərə xitab edərdi ki, həmin yerlərdə hansı adət-ənənələr ki, xoşdur, insanlar arasında birliyə, mehribanlığa, yardımlaşmaya səbəb olursa, onlara qarşı çıxmasınlar. Bu cür bayramlar əslində, həmin xalqların mədəniyyətinin bir hissəsidir.
- Bəs dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda qeyd edilən Yeni il bayramı barədə nə deyə bilərsiz?
"İnamını və vicdanını itirmiş insan cəmiyyət üçün ən təhlükəli canlıdır"
- Çox maraqlıdır ki, bəziləri Yeni ilin bayram kimi qeyd edilməsinə normal yanaşır, amma Şaxta Baba və yolkaya haram kimi, hətta az qala "Şeytan arabası" kimi baxır. Əslində necə olmalıdır?
Cinsi inqilab - Ondan nə gözləyirdilər, nəticə necə oldu?
Bir alimin ateizmi qəbul etməsi üçün intellektual intihar etməsi lazımdır - MÜSAHİBƏ
Əksinə, o bayramlar ki, insanlar arasında birliyə, mehribanlığa, qohumlar arasında əlaqələrin yaxşılaşmasına kömək edirsə, ailələr ağsaqqal-ağbirçəklərin ətrafına yığışırsa, bir-birinə hədiyyə verirlərsə, yoxsullara, kimsəsizlərə yardım olunursa, dinimiz onların yaşadılmasını tövsiyə edir.
- İnsan istər bayramlarda, istərsə də digər, xüsusən də qeyri-dini məsələlərdə onu narahat edən məqamlarla bağlı nəyi rəhbər tutmalı, nəyə əsaslanmalıdır? İslam dini bu baxımdan bizə nəyi tövsiyə edir?
Cəmi 2 həftə əvvəl işıq üzü görən kitab bestseller oldu - FOTO
Hədislərdə maraqlı bir məqam var. Deyilir ki, Allahın insanlara verdiyi iki dəlil var. Biri daxili peyğəmbərdir, digəri xarici. Xarici peyğəmbər Allahın insanlara göndərdiyi eçlilərdir. Məsələn, Hz.İsa, Hz.Musa, Hz. Məhəmməd (s.ə.a.s). Daxili peyğəmbər isə ağıldır. Allah hər ikisini insan üçün qüvvədə hesab edir. Əgər insanı narahat edən məsələ varsa və konkret onunla bağlı peyğəmbərlərin fikirləri, əlində şəriət hökmü yoxdursa, o zaman ağlını işə salmalıdır. Düşünən, ağıllı, vicdanlı insan mütləq düzgün nəticələrə gəlib çıxacaq.
İlkin İzzət
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində