Binəqədi sakinlərinə ŞAD XƏBƏR: Bu yola asfalt çəkiləcək

8 Oktyabr 2025 15:56

Bir müddət əvvəl paytaxtın Binəqədi rayonu ərazisində yolun hərəkət hissəsində kanalizasiya çəkilişi ilə əlaqədar qazıntı işləri aparılıb. Bunun nəticəsində yol pis günə düşüb. 

Milli.Az xəbər verir ki, Rəsulzadə və Binəqədi qəsəbələrini birləşdirən yoldakı vəziyyət hər gün tıxacın yaranmasına, sürücülərin və sərnişinlərin xeyli vaxt itirməsinə, eləcə də ətrafın çirklənməsinə səbəb olur. 

Bəs təmir işləri bitəndən sonra yolun tam asfaltlanması nəzərdə tutulub ya elə qalacaq?

Məsələ ilə bağlı AAYDA-ya sorğu göndərdik.

Sorğumuza cavab olaraq bildirildi ki, işlər yekunlaşandan sonra həmin ərazinin asfaltlanması nəzərdə tutulub. 

Aysel Əkbər
Milli.Az