Mobil telefon

Dünyanın ən güclü smartfonu - ASUS ROG Phone

16 İyun 2018 08:45
0 Şərh     Baxış: 1 868
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mütəxəssislər etiraf ediblər ki, dünyada ən güclü smartfon "ASUS ROG Phone" smartfonudur.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, belə bir qərarı onlar tanınmış "Geekbench" bençmarkının cihazların sınaqlarının nəticələrini təhlil etdikdən sonra veriblər.
"ASUS ROG Phone" tam olaraq oyunlar üçün adaptasiya edilmiş cihazdır. Onun əsas rəqibləri isə "Xiaomi Black Shark" və "Nubia Red Magic" smartfonlarıdır.
Smartfon gücünə görə sınaqlardan 9500 xal toplayıb. Bu, "Xiaomi Mi MIX 2S"-in nəticəsindən çoxdur - 9100 xal.
Cihaz hələlik rəsmi olaraq satışa çıxarılmayıb. Məlumdur ki, onun "ürəyi" güclü "Snapdragon 845" prosessoru olacaq ki, onun da tezliyi 2,96 GHs təşkil edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.