Mobil telefon

Nokia Lumia 930 və 630 göstərildi

3 Aprel 2014 19:16
0 Şərh     Baxış: 1 820
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Finlandiyanın Nokia şirkəti iki yeni ağıllı telefonunu təqdim edib. Növbəti qabaqcıl model Lumia 930 adlanır və metal korpusa malikdir.

Aparat 2,2 QHs takt tezliyində işləyən Qualcomm Snapdragon 800 dördnüvəli prosessoru və 1920×1080 piksel təsvir ölçülü 5 düymlü AMOLED ekranla təchiz edilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Lumia 930 modeli 2 QB əməli və 32 QB daxili yaddaş, 2420 milliamper/saat tutumunda akkumulyator, 4 ədəd mikrofon, BSI ilə təchiz edilmiş 20 meqapiksellik PureView kamerası, optik sabitləşmə, Wi-Fi, Bluetooth 4.0, GPS və NFC modulları, həmçinin nanoSİM slotu ilə təchiz edilib. Smartfonun ölçüləri 137×71×9,8 mm, çəkisi 167 qr təşkil edir.

Lumia 930 smartfonunda avtonom iş vaxtı danışıq rejimində təxminən 15 saat, veb-sörfinq rejimində isə 7 saatdır. Qi standartlı simsiz adapter dəstəklənir və Windows Phone 8.1 platforması ilə işləyir.

Smartfonun satışı iyun ayına planlaşdırılıb. Təxmini qiyməti 600 dollardır.

Ucuz Lumia 630 smartfonu isə 854×480 nöqtə təsvir ölçülü 4,5 düymlük IPS ekran, 1.2 QHs takt tezlikli Snapdragon 400 dördnüvəli çipi, 5 meqapiksellik kamera, 512 MB əməli yaddaş və 8 QB daxili yaddaş, həmçinin microSD (Lumia 930-da yoxdur) slotu ilə təchiz edilib.

Smartfonun ölçüləri 130×67×9,2 mm, çəkisi 134 qr-dır. 1830 milliamper/saat tutumunda akkumulyator 13 saat fasiləsiz ünsiyyət saxlamağa və ya şəbəkədə təxminən 9 saat sörf etməyə imkan verir.

Yeni aparat mayda 160 dollara satışa çıxarılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.