Aparat 2,2 QHs takt tezliyində işləyən Qualcomm Snapdragon 800 dördnüvəli prosessoru və 1920×1080 piksel təsvir ölçülü 5 düymlü AMOLED ekranla təchiz edilib.
Milli.Az ICTnews-a istinadən bildirir ki, Lumia 930 modeli 2 QB əməli və 32 QB daxili yaddaş, 2420 milliamper/saat tutumunda akkumulyator, 4 ədəd mikrofon, BSI ilə təchiz edilmiş 20 meqapiksellik PureView kamerası, optik sabitləşmə, Wi-Fi, Bluetooth 4.0, GPS və NFC modulları, həmçinin nanoSİM slotu ilə təchiz edilib. Smartfonun ölçüləri 137×71×9,8 mm, çəkisi 167 qr təşkil edir.
Lumia 930 smartfonunda avtonom iş vaxtı danışıq rejimində təxminən 15 saat, veb-sörfinq rejimində isə 7 saatdır. Qi standartlı simsiz adapter dəstəklənir və Windows Phone 8.1 platforması ilə işləyir.
Smartfonun satışı iyun ayına planlaşdırılıb. Təxmini qiyməti 600 dollardır.
Ucuz Lumia 630 smartfonu isə 854×480 nöqtə təsvir ölçülü 4,5 düymlük IPS ekran, 1.2 QHs takt tezlikli Snapdragon 400 dördnüvəli çipi, 5 meqapiksellik kamera, 512 MB əməli yaddaş və 8 QB daxili yaddaş, həmçinin microSD (Lumia 930-da yoxdur) slotu ilə təchiz edilib.
Smartfonun ölçüləri 130×67×9,2 mm, çəkisi 134 qr-dır. 1830 milliamper/saat tutumunda akkumulyator 13 saat fasiləsiz ünsiyyət saxlamağa və ya şəbəkədə təxminən 9 saat sörf etməyə imkan verir.
Yeni aparat mayda 160 dollara satışa çıxarılacaq.
Milli.Az