Mobil telefon

3 Galaxy Tab 4 göstərildi

2 Aprel 2014 19:57
0 Şərh     Baxış: 1 322
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Koreyanın Samsung Electronics şirkəti Android əməliyyat sistemi ilə işləyən Galaxy Tab 4 smartfonlarının yeni xəttini nümayiş etdirib.

Yeni planşetlərin 7, 8 və 10 düym diaqonallı ekranla təchiz edilmiş versiyaları mövcuddur. Şirkət ümumilikdə 1,2 QHs takt tezlikli dördnüvəli prosessor və Android 4.4 KitKat əməliyyat sistemi ilə işləyən üç yeni planşet nümayiş etdirib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni aparat Wi-Fi (bütün modellər), həmçinin 4G (bütün modellər) və 3G (7 və 10 düym modellər) şəbəkələri vasitəsilə internetə çıxış imkanına malikdir. Cihazların qiyməti və satışa çıxarılış tarixi haqda hələ ki dəqiq məlumat yoxdur. 7 düymlük versiyada daxili yaddaşın həcmi 8 QB, digərlərində 16 QB-dır. Planşetlər, həmçinin video əlaqə üçün 3 meqapiksellik kamera ilə təchiz edilib.

Hər üç model 1280x800 piksel təsvir ölçüsünə malikdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.