Milli.Az ICTnews-a istinadən bildirir ki, hər iki şirkət Microsoftun yeni tərəfdaşları siyahısında yer alıb və onlar 2014-cü ilin ikinci yarısında WP ilə işləyən qurğularını təqdim edəcəklər. Nəşrin məlumatına görə, bir ildən çox şirkətlər arasında danışıqlar aparılıb və Microsoft öz əməliyyat sistemindən istifadəyə görə lisenziya ödənişlərini ləğv etdikdən sonra razılıq əldə olunub.
Nəşrin məlumatına görə, lisenziya ödənişlərinin ləğvi Microsoftun inkişaf etməkdə olan bazarlarda fəaliyyətini genişləndirmək cəhdidir. IDC-nin baş analitiki Manasi Yadavın fikrincə, Windows Phone əməliyyat sisteminin ödənişsiz yayımı bazarda onun payını artırmağa icazə verəcək.
Milli.Az