Kulinariya

Səhər yeməyində fərqli dad: kərə yağlı yumurta

9 İyun 2017 07:00
10 Şərh     Baxış: 7 069

Yumurtanın nə qədər faydalı qida olduğunu bilirik. Mütəxəssislər hər gün səhər yeməyində 1 yumurta yeməyi vacib hesab edir. Amma yumurtanı bu cür bişirib yesəniz, həm sağlam olar, həm də doyumlu, sizi uzun müddət tox tutar. Ona görə də oruc tutanlara bu yeməyi imsakda yemək tövsiyə olunur. Milli.Az ailem.az-a istinadən hazırlanma qaydasını təqdim edir.

Ərzaqlar:
 
2 ədəd yumurta
1/2 yemək qaşığı kərə yağı
1/2 çay qaşığı qırmızı toz bibər
1 çay qaşığı qırmızı pulbibər
1 çay qaşığı quru nanə
Duz

Hazırlanması:
 
Yumurtaları yuyub, kiçik dərin qazanda 7-10 dəqiqə qaynadın. Qaynatdığınız yumurtaların qabıqlarını soyduqdan sonra uzununa iki yerə bölün.
 
Daha sonra kiçik bir tavaya yağ töküb əridin. Üzərinə qırmızı toz bibəri əlavə edib, qarışdırın. Yumurtaların içi alta düşəcək şəkildə tavaya qoyun. Üzərinə duz, nanə və qırmızı pulbibər səpin. 2-3 dəqiqə vam odda bişirin.
 
Nuş olsun!

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

10 Şərh:

  • Anonim
    $$$Yeraz · 9 İyun 08:19314

    Irgenc

    Cavab yaz
  • Anonim
    ZD · 9 İyun 10:16120

    Cox dadli olar, coxlari soyutma yumurtani ezib kere yaqi ile yeyirler,bu da onun bawqa variantidir. bir de hec vaxt ruzu-neymete iyrenc demek olmaz,gunahdir.

    Cavab yaz
  • Anonim
    asi · 9 İyun 10:3461

    Yumurtanı xoşlamasam da ildə bir iki dəfə kərə yağı ilə yeyirəm))Bu da dadlı olar..Qırmızı istiot quru nanə ilə lap dadlı olar)..

    Cavab yaz
    • Anonim
      ika.e · 9 İyun 12:0000

      Salam asi men de hec xoşlamıram yumurta soyutmasını,bir tek pomidor yumurta formasında xoşluyuram

      Cavab yaz
      • Anonim
        asi · 9 İyun 21:3900

        Salam Ika..Mən pomidor yumurtanı yumurtasız yeyirəm tək pomidorla))..Yumurtalı yeməkləri yeyə bilirəm.Xüsusən də kənd yumurtaları ilə)..

        Cavab yaz
    • Anonim
      ☞10-RR-123☜ · 9 İyun 15:2505

      Asi sen həə burdasan

      Cavab yaz
      • Anonim
        asi · 9 İyun 21:4000

        Aha..bandanızın son üzvünün gedişini qeyd edəcəm hələ.Heç yerə tələsmirəm)..

        Cavab yaz
  • Anonim
    cccp · 9 İyun 11:3010

    Menim sevimli yemeyim

    Cavab yaz
  • Anonim
    Nara · 9 İyun 11:5830

    yumurta cox tutumlu ve deyerli qidadir.amma gerek kend yumurtasi olsun.yoxsa indiki yumurtalar bir az tehlukelidir.yumurta ile bagli bir qelyanalti cesidini cox xoslayiram tez basa gelir.demeli,corek dilimlerini tosterde ya da tavada qizardib doyulmus yumurtada ceviririk ve yagda qizardiriq.yeyende ustune pendir dilimleri de qoymaq olar.cox dadli alinir.nus olsun.

    Cavab yaz
  • Anonim
    $$$Yeraza · 9 İyun 12:1750

    Eger yemeye hec ne tapmayib gunlernen ac qalsan ha,indi iyrenc dediyin bu yumurtani gozlerine tepersen.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.