İran

KİV: İran İsrailin zərbələrinə cavab verməyə hazırdır

26 Oktyabr 2024 08:50
Baxış: 946
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran İsrailin zərbələrinə proporsional cavab verməyə hazırdır.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Tasnim" agentliyi mənbəyə istinadən xəbər yayıb.

Onun sözlərinə görə, İran İsrailin təcavüzünə cavab verməyə hazırdır. "İran istənilən təcavüzə cavab vermək hüququnu özündə saxlayır və İsrailin istənilən hərəkətə proporsional cavab alacağına şübhə yoxdur", - mənbə bildirib.

Qeyd edək ki, daha əvvəl yerli və xarici mətbuat Tehranda partlayış səslərinin eşidilməsi barədə xəbərlər yayıb. Sonra məlum olub ki, İsrail İrana iki dəfə hava zərbəsi endirib. İkinci zərbə Şiraz şəhərinə endirilib.

Ölən və ya xəsarət alanlar, dağıntılar barədə məlumatlar yoxdur.


Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun


 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.