İran

İran Ermənistanı Arazı çirkləndirməkdə günahlandırır

19 Oktyabr 2023 12:36
Baxış: 1 608
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran Ermənistanı ötən illər ərzində Araz çayının çirkləndirilməsində ittiham edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Su Ehtiyatlarının İdarə Olunması Şirkətinin rəsmisi İsa Bozorgzadə deyib.

İ.Bozorgzadənin sözlərinə görə, İran artıq Ermənistana və mis mədənini istismar edən şirkətə lazımi xəbərdarlıqlar edib.

O bildirib ki, İranın təzyiqləri nəticəsində mədən tullantılarının toplanması ilə əlaqədar bəndlər yaradılıb. Lakin podratçı şirkət Ermənistanda enerji qiyməti yuxarı olduğuna görə enerjiyə daha çox vəsait ödəməmək üçün qanun pozuntusu edir və tullantıların çaylara axıdılmasına yol verir.

İranlı rəsmi deyib ki, ölkənin istənilən məkanında suyun keyfiyyətinin qorunması və tullantıların çaylara axıdılmaması İranın Energetika Nazirliyinin qırmızı xətti hesab olunur. Bununla əlaqədar ölkə daxilində davamlı şəkildə yoxlamalar aparılır.

Qeyd edək ki, Ermənistan ərazisindən keçən Oxçuçay və Xarçevan çayı Araz çayının qollarıdır. Bu çaylara Ermənistanda mis-molibden zavodu və qızıl yatağının tullantıları axıdılır. Nəticədə regiondakı torpaq sahələri və su resursları təhlükəli həddə çirkləndirilir. Araz çayı transsərhəd çayıdır, buna görə d\ Azərbaycanla yanaşı, İranın da ekosistemini sıradan çıxarmaqdadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.