İran

Ərdəbildə 7 məktəbdə 108 şagird zəhərlənib

1 Mart 2023 16:49
Baxış: 798
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün 2 saat ərzində İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətinin Ərdəbil şəhərində qızların təhsil aldığı 7 orta məktəbdə 108 şagird zəhərlənib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ərdəbil Tibb Elmləri Universitetinin rektoru Əli Məhəmmədian Ərdi deyib.

Onun sözlərinə görə, orta məktəblərdə şagirdlər qaz və yaxud ona bənzər iy hiss edib və tənəffüs sistemində problem yaşandığına görə xəstəxanalara köçürülüblər.

Universitet rektoru qeyd edib ki, hazırda şagirlərin vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, ötən 10 gün ərzində İranda 1200-dən çox şagird orta məktəblərdə zəhərlənib. Zəhərlənmələrin səbəbi ilə əlaqədar konkret qərar yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.