İran

İranın ali rəhbərinin yaxın qohumu mülklərini sataraq pullarını xaricə çıxarıb

1 Mart 2023 20:59
Baxış: 1 007
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin yaxın qohumu ölkədəki mülklərini sataraq pullarını xaricə çıxarıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu İranın tanınmış jurnalisti Fərəhmənd Əlipur tviter səhifəsində yazıb.

O bildirib ki, S.Ə.Xameneinin oğlu Məsud Xameneinin qaynı və əntiq mallar, antikvar sahəsində məşhur iş adamı Sadiq Xərrrazi son bir neçə ayda ölkədəki mülklərini sataraq pullarını Braziliya banklarına köçürüb.

F.Əlipurun yazdığına görə, S.Xərrazi bundan öncə də öz dostlarına ölkədə müharibə ehtimalının yüksək olduğunu söyləyərək pullarını İrandan çıxarmağı tövsiyə edib.

Qeyd edək ki, S.Xərrazi "İran diplomatiyası" saytının təsisçisidir.

Xatırladaq ki, İranın ali rəhbərinin Müctəba, Mustafa, Məsud və Meysan adlı 4 oğulu, Boşra və Xoda adlı 2 qızı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.