Maraqlı

Koronavirusun daha çox zədələdiyi orqanlar açıqlandı

25 Oktyabr 2021 09:54
0 Şərh     Baxış: 2 212
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

COVID-19 nəticəsində ən çox zədələnən daxili orqanlar açıqlanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı virusoloq Yevgeni Timakov "Vesti FM" radiosunun efirində məlumat verib.

O, koronavirusun daha çox ağciyərləri sıradan çıxardığını bildirib.

Həkimin sözlərinə görə, bağırsaqlar və qaraciyər də ölümcül virusun hədəfində olan vacib orqanlardandır.

Timakov COVID-in bağırsaqlar və qaraciyərə mənfi təsirini daha təhlükəli hesab etdiyini vurğulayıb. Belə ki, birinci halda immunitet daha da zəifləyir ki, bu da virusa qarşı mübarizəni mümkünsüz edir.

İkinci halda isə qanın təmizlənməsi prosesi əngəllənir və ölümlə nəticələnə biləcək toksik zəhərlənmə ehtimalı yaranır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.