Payız-qış depressiyasının səbəbləri
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Demək olar ki, hər kəsin həyatında stressli dövrü olur. Buna əsasən keçirdiyimiz travmalar, yaşadığımız hər hansı pis hadisə və s. səbəb ola bilər. Adətən dövri olan bu əhval-ruhiyyə bir müddət sonra yox olur.Lakin bu depresiv əhval (kədər , ümidsizlik) uzun müddət davam edərsə, davamlı depressiyaya çevrilə bilər. Depressiya mülayim, orta və ağır depressiya kimi təsnif edilir.
Əslində mövsümi əhval pozğunluğu halı təkcə payız-qış ayları üçün deyil, digər fəsillər üçün də keçərlidir. Şimal ölkələrində, xüsusən də qış aylarının daha uzun və qaranlıq olduğu yerlərdə yaşayan insanlarda mövsümi depressiyaya daha çox rast gəlinir.
Yuxarıda qeyd edildiyi kimi, depressiv əhval müxtəlif səbəblərdən yarana bilər. Qış depressiyası, payız və qış aylarında günəş işığının az olması səbəbindən beyindəki pozulmuş hormonal balansdan qaynaqlanır. Səbəb isə, qışda günlərin qısaldılması ilə bədənin gündüz və gecə ritmi pisləşir. Bu pisləşmə ilə beyindəki hormonlar və siqnal verici maddələrin (neyrotransmitterlər) balansı pozulur.
Siqnal verici maddələr (neyrotransmitterlər) beyində siqnal ötürülməsində mühüm rol oynayan üzvi kimyəvi komponentlərdir. Dopamin, Norepinefrin, Serotonin və Endorfin beynin ən vacib siqnal verici maddələridir. Bu maddələr bədənin özü tərəfindən istehsal olunur və bir-biri ilə çox xüsusi əlaqəsi var. Bu əlaqənin pisləşməsi, məsələn, bir maddənin qeyri-adekvat istehsalı, emosiya, davranış və qavrayışa mənfi təsir göstərir.
Bu maddələrin funksiyası nədir?
-Dopamin, norepinefrin ilə birlikdə bədəndə xoş hisslər yaradır. Dopamin səviyyəsində bir qədər azalma depressiyaya səbəb olur.
-Serotonin sakitlik, tarazlıq və məmnunluq təmin edir. Eyni zamanda aclıq, qorxu, təcavüz, kədər və narahatlıq kimi hisləri azaldır.
-Norepinefrin bədəni enerjili saxlayır və stimullaşdırır.
-Endorfin ağrı kəsicidir. Hətta endorfin səviyyəsində kiçik bir enmə ağrı hissini daha da gücləndirir.
Qadınlarda bu dövri əhval kişilərə nisbətən iki dəfə çoxdur. Bunun səbəbi qadınların həyat boyu hormon dalğalanmalarına daha çox məruz qalmalarıdır.
Qadınlar ümumiyyətlə aşağıdakı dövrlərdə depresiv əhval-ruhiyyə daha çox müşahidə olunur:
-Menstruasiya dövrü
-Hamiləlik dövrü
-Doğum dövrü
-Doğumdan sonrakı dövr
Qış depressiyasının simptomlarına isə aiddir:
Artan yorğunluq, konsentrasiya problemi, ruh düşkünlüyü , maraq itkisi, tükənmə, həvəssizlik, sosial təcrid, kökəlmə, gərginlik, əsəbilik, iştahsızlıq, yuxu pozğunluğu.
Qış depressiyasının müalicəsi
Həm qış depressiyası ,həm də digər mövsümi depressiyalar xəstəliyin hansı dərəcədə olmasına görə müalicə edilməlidir. Yüngül hallar üçün sadə tədbirlər kifayətdir. Bunun üçün xəstəyə xoşbəxtlik hormonu serotonin istehsalını stimullaşdırmaq üçün sadə tədbirlər görmək lazımdır. Gün ərzində gəzinti, idmanla məşğul olmaq, nizamlı qidalanma və s. Daha şiddətli və uzunmüddətli şikayətlər üçün, bir mütəxəssis həkimə müraciət etmək məsləhətdir. Müalicə üçün həmişə anti depressiv həblər qəbul etmək lazım olmaya bilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: İntuisiyanız məntiqinizi üstələyəcək
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
80 yaşında olması inanılmazdır - (Video)
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
Cüdoçumuz Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
XƏBƏR LENTİ
-
Günün qoroskopu: İntuisiyanız məntiqinizi üstələyəcək
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
-
80 yaşında olması inanılmazdır - (Video)
-
“Qalatasaray”da ilk ayrılıq: Okan Buruk qərarını verdi
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
Cüdoçumuz Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - (Foto)
-
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
-
"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim" - İntiqam Kərimov
-
İran və Oman Hörmüz boğazında razılığa gəldi
-
Sinoptikdən anomal isti qış xəbərdarlığı
-
Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib - (Foto)
-
“Bizdə oriental oynaya bilmirlər, bədənləri silikonla doludur” - Elza Seyidcahan
-
İngiltərə Premyer Liqasında "Liverpul" və "Çelsi" xal itirib
-
“İstəyirəm gəlin evdə otursun, gözümün qabağında olsun“ - Könül Kərimova
-
Qubada ağır qəza - üç nəfər xəsarət alıb - (Foto)
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
-
Çində 26 mərtəbəli bina cəmi 120 günə tikildi - (Video)
-
“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər





