Dünyanın ən populyar kriptovalyutası olan bitkoin (BTC) bahalaşmaqda davam edir.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ötən gün axşam saatlarında rəqəmsal pulun dəyəri 60 min dollar həddini aşıb. Cari sutkanın ilk saatı ərzində isə kriptovalyutanın ABŞ dollarına qarşı nisbəti artıq 63 min dollara yaxınlaşıb.
Qeyd edək ki, indiyədək BTC-nin ən yüksək qiyməti 64 854 dollar olmaqla aprelin 14-də qeydə alınıb.
Ekspertlərin proqnozlarına əsasən, ilin sonunadək kriptovalyuta 100 min dollaradək bahalaşa bilər.
Milli.Az