Uşaqlarda yuxuda danışma, yuxuda gəzmə...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Valideynlərin bir çox hissəsi uşaqların yuxuda danışmağı ilə üzləşir.
Uşaq yuxuda sözlər, cümlələr deyir. Adətən bunun səbəbi gün ərzində keçirilmiş streslər, yorğunluq, yuxunun az olmasıdır. Bu hal heç bir xüsusi müalicə tələb etmir və valideynləri narahat etməməlidir.
Belə hesab olunur ki, somnambulizm (yuxuda gəzmək) uşaqların 10-30%-də heç olmazsa 1 dəfə qeyd olunur. Oğlanlarda bu hala qızlarla müqayisədə daha tez-tez rast gəlinir.
Kənardan baxan insan üçün somnambulizm kifayət qədər qorxunc görünür. Yuxuya getdikdən 1-3 saat sonra uşaq ayağa qalxır, gəzməyə və ya hər hansı hərəkətlər etməyə başlayır (paltarını geyinir, oyuncaqların yerini dəyişir, soyuducunun qapısını açır və s.). Bu zaman uşaq dərin yuxuda olur, ətrafdakılara heç bir reaksiya vermir. Uşağı oyatmaq çox çətindir. Əgər bu mümkün olursa, uşaq özünə gələ bilmir, ətrafda olanları başa düşmür, heç nə xatırlamır.
Yuxuda danışmaq və gəzmək kimi hallar irsiyyətlə bağlıdır. Əksər hallarda somnambulizm da heç bir xüsusi müalicə tələb etmir və uşağın 14-16 yaşına kimi keçir.
Nadir hallarda olsa da somnambulizmin altında gecə epilepsiya tutmaları gizlənə bilər. Məhz bu səbəbdən bu hal tez-tez təkrarlanırsa, mütləq nevroloqa müraciət edin.
Uşaq yuxuda gəzdikdə valideyn nə etməlidir?
1. Kədərlənməyin və narahat olmayın. Əksər hallarda bu heç bir ciddi pozulmanın əlaməti deyil və uşağın sağlamlığı üçün təhlükə yaratmır.
2. Uşağın hərəkətlərinə diqqətlə fikir verin və daha sonra bunları dəqiq şəkildə nevroloqa təsvir edin.
3. Uşağı oyatmağa çalışmayın. Uşağı ehtiyatla yataq otağına aparın, çarpayıda uzandırın və gözləyin ki, uşaq dərin yuxuya getsin.
4. Uşağın təhlükəsizliyini təmin edin (pilləkəndan, pəncərədən yıxılmasın, zədələnməsin və s.).
5. Uşağın otağının qapısını açarla bağlamayın.
6. Səhər yuxudan duran uşağa onun gecə "sərgüzəştləri" haqqında danışmayın (xüsusilə digər insanların yanında). Uşaq heç nə xatırlamayacaq, utanacaq, sıxılacaq.
7. Somnambulizm tez-tez təkrar olunursa, nevroloqla məsləhətləşin.
Bruksizm da kifayət qədər yayılmış yuxu pozulmasıdır. Bruksizm - gecə yuxuda olduqda dişlərin qıcırdatmasıdır. Uşaq bu zaman dərin yuxuda olur və səhər heç nə xatırlamır. Bəzən səhərlər uşaq üz, boyun və çənə oynaqları nahiyəsində ağrılardan şikayətlənir. Diqqətli ana uşaqda dişlərin zədələnməsini, damaqların iltihabını qeyd edir. Oğlanlarda bu hala daha tez-tez rast gəlinir.
Bruksizm uşağın sağlamlığına ciddi təhlükə yaratmasa da, uşaqda diş və damaq problemləri əmələ gələ bilər. Bu səbəbdən uşağı mütləq nevroloqa və stomatoloqa göstərmək lazımdır.
Əvvəllər belə hesab olunurdu ki, gecə dişlərin qıcırdatması qurdların əlamətidir. Lakin bu tibbdə təsdiq olunmayıb. Bruksizmin dəqiq səbəbi məlum deyil. Belə hesab olunur ki, burada əsas rollardan birini irsiyyət oynayır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Maşını gecə park edərkən bu səhvi etməyin
-
Evdə bu əşyanı saxlamaq pula qənaət etməyə kömək edir
-
Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər
-
Balıq bişirəndə edilən əsas səhvlər
-
Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
Tanınmış iş adamı vəfat etdi
-
Şahzadə Diananın əfsanəvi "qisas donu" hərraca çıxarılır - (Foto)
-
Cem Yılmaz tədbirə əsa ilə gəldi - (Foto)
-
Sandra Ballak 4 il sonra ekranlara qayıdır - (Foto)
-
Dünyanın ən bahalı evləri - (Fotolar)
-
Əziz Yıldırım da saxlaya bilmədi - İsmail Kartal “Fənərbaxça”dan getdi
-
Dünyanın ən dar avtomobili hazırlandı - (Foto)
-
Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir” – Ülviyyə Abbasova KÖMƏK İSTƏYİR
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
Bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadıldı
-
Samuel Eto'O böyük maliyyə qalmaqalında: Yarım milyon avro hara yoxa çıxıb?
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)
-
"Yeraltı"dan qocaman aktyorlara hörmətsizlik - (Foto)
-
Bakının 3 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib





