Maraqlı

Bu ölkədə vaksin vurdurmayanların mağazalara girişi qadağan edildi

9 Oktyabr 2021 09:34
0 Şərh     Baxış: 1 160
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Latviya Böhran İdarəetmə Şurası koronavirusa qarşı peyvənd vurdurmayan sakinlərin mağazalara girişini qadağan etmək qərarına gəlib. Yeganə istisna zəruri malları olan pərakəndə satış yerləri olacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Latviya Baş naziri Krişyanis Karinş söyləyib.

"Yalnız COVID sertifikatı olan insanlar mağazalara gedə biləcəklər. İstisnalar zəruri malları olan pərakəndə satış yerləri, yəni ərzaq dükanları olacaq", - deyə Karinş bildirib.

O, Latviya sakinlərini imkan daxilində distant iş rejiminə keçməyə çağırıb.

Bundan başqa məktəbdə şagirdlərin maska ​​taxması məcburi olacaq.

Qərar bu gün Latviya hökuməti tərəfindən təsdiqlənəcək.

Latviyada əhalinin 50%-i vaksinasiyadan keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.