Maraqlı

Titulu ilə yanaşı 1,3 milyondan da imtina etdi

3 Sentyabr 2021 17:30
0 Şərh     Baxış: 1 071
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiya imperatoru Akixitonun nəvəsi, şahzadə Mako adi vətəndaş olan nişanlısı Key Komuro ilə evlənir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, adi vətəndaşla ailə qurmağa hazırlaşdığı üçün titulunu itirən şahzadə ona verilən 1.3 milyon dollarlıq müavinətdən imtina edib.

Təhsil aldıqları universitetdə tanış olan cütlük evləndikdən sonra ABŞ-a köçəcək.

Makonun ənənəvi rəsmi Şinto toy mərasimi keçirmək istəmədiyi bildirilib. Atası vəliəhd şahzadə Akişino qızının qərarını dəstəklədiyini, ancaq bu mövzuda ictimaiyyətin razılığını almalı olduğunu söyləyib.

Qeyd edək ki, Yapon mətbuatı daha əvvəl evli və aliment ödəyən Komuronun Mako ilə pul qarşılığında evlənmək istədiyini iddia edirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.