Qoyun ətindən istifadə etmək istədikdə əsasən onun 18 aya qədər yaşı olan heyvanın ətindən istifadə edilir. Bu yaşa qədər olan heyvanın əti daha dadlı olur və tez bişir.
Yaxşı yemlənmiş, çəkisi artıq, yaşı isə az olan qoyunun əti isə daha dadlı olur. 3 yaşına qədər qoyunun ətindən bişirmək üçün də istifadə edilir. Yaşlı qoyunun ətinin rəngi tünd qırmızı olur və gec bişir. Belə ət həm də yağlı olduğuna görə onun əsasən üyüdülmüşündən müxtəlif yeməklərin hazırlanmasında istifadə olunur. 100 qram qoyun ətinin qida dəyəri:
- Zülallar - 16,5 qr
- Yağlar - 15,5 qr
- Su - 67,Ş5 qr
- Kalori - 260-320 kKal.
Qoyun ətinin faydalı xüsusiyyətləri
Qoyun ətinin tərkibində kalium, kalsium, maqnium, yod, fosfor, dəmir, E, B1,B12, PP vitaminləri var. Yeniyetmə və uşaqlar üçün qoyun əti yemək çox faydalıdır. Qoyun ətinin tərkibində olanlar orqanizmin böyüməsinə, inkişaf etməsinə səbəb olur. Qoyun ətinin tərkibində olan ftor dişlərin möhkəmlənməsinə səbəb olur, kariesin əmələ gəlməsinin qarşısını alır. Qoyun ətində xolesterolun miqdarı azdır. Yağsız qoyun əti mədəaltı vəzin fəaliyyətini yaxşılaşdırır, şəkərli diabetin profilaktikasında mühüm rol oynayır. Qoyun əti orqanizmə antisklerotik təsir göstərir və xolesterol mübadiləsini normallaşdırır. Qoyun ətinin tərkibində olan dəmir qan azlığının aradan qalxmasına səbəb olur. Qanaxmalar zamanı qoyun əti yemək itirilmiş dəmirin bərpa olnmasına səbəb olur, orqanizmin yoda olan tələbatını ödəyir. Qoyun ətinin tərkibində olan maqnium, natrium, kalium ürək damar sisteminin sağlamlaşmasına səbəb olur. Qoyun ətində olan əvəzolunmaz amin turşuları orqanizm üçün çox faydalıdır. Statistika qoyun ətindən istifadə edilən ölkələrin insanlarında atereskleroz xəstəliyinin az olduğunu göstərir.
Qoyun ətindən hazırlanmış qidalar mədə turşuluğunun azlığından əziyyət çəkənlər üçün əla qida vasitəsidir. Mədə turşuluğu çox olan adamlara isə qoyun ətindən çox istifadə eləmək olmaz.
Qoyun ətinin zərərli xüsusiyyətləri
Qoyun əti də digər ətlər kimi orqanizmə zərər verə bilir. Ondan həddindən çox istifadə eləmək piylənməyə və skleroza səbəb ola bilir. Yaşlı insanlar qoyun ətindən həddindən çox istifadə etdikdə onlarda artrit əlamətləri meydana çıxır. Qoyun ətinin ən pis xüsusiyyətlərindən biri onun tərkibində orqanizm üçün zərərli olan lipidlərin olmasıdır. Qaraciyər, öd kisəsi və böyrək xəstəliklərindən əziyyət çəkən xəstələrə yağlı qoyun ətindən istifadə etmək məsləhət görülmür. Mədə və onikibarmağın yara xəstəliyindən əziyyət çəkənlərə qızardılmış və qovrulmuş qoyun əti yemək olmaz. Sağlamlığının qeydinə qalmaq istəyənlərə qoyun ətinin yağsız hissəsindən yemək məsləhət görülür.
Milli.Az
Maraqlı
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Qoyun ətinin faydaları
2 Sentyabr 2021 08:35
0 Şərh
Baxış: 1 576

DİGƏR XƏBƏRLƏR
-
Hande Erçeldən sonra bu aktrisaya göz qoydu - FOTOlar
-
Bakının bu əraziləri “plana düşdü” - Tezliklə söküləcək
-
Kurtlar Vadisinin məşhur aktyoru indi daxmada yaşayır - FOTO
-
400 min km-ə rahat çata bilən ən dözümlü maşınlar açıqlandı
-
"Oğrular kartımla "şot" verir" - onların polisi kömək etmədi
-
105 yaşlı kişi uzunömürlülüyünün sirrini açdı - Bu iki qidanı hərgün yeyirəm
XƏBƏR LENTİ
-
Salyanda ağır qəza - 1 nəfər ölüb, 7 yaralı var - YENİLƏNİB
-
Xərçəng stressdən yaranmır, əsas səbəbi budur - Onkoloq açıqladı
-
Hande Erçeldən sonra bu aktrisaya göz qoydu - FOTOlar
-
Təzyiq dərmanını səhər, yoxsa axşam içək?
-
Bakının bu əraziləri “plana düşdü” - Tezliklə söküləcək
-
Kurtlar Vadisinin məşhur aktyoru indi daxmada yaşayır - FOTO
-
400 min km-ə rahat çata bilən ən dözümlü maşınlar açıqlandı
-
Daha bir ölkə Fələstin Dövlətini tanıdı
-
Qalatasarayın ulduzuna elçi düşdülər - 40 milyon avroluq təklif
-
"Oğrular kartımla "şot" verir" - onların polisi kömək etmədi
-
Kenan Yıldız ən bahalı türk futbolçusu oldu
-
105 yaşlı kişi uzunömürlülüyünün sirrini açdı - Bu iki qidanı hərgün yeyirəm
-
AYNA yollarda xətlənmə işlərinə 45 milyon manat xərcləyəcək
-
Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə ustad dərsləri keçiriləcək - FOTO
-
Ukrayna millisində Azərbaycanla oyunöncəsi iki itki - FOTO
-
İlham Əliyevin sosial şəbəkə hesablarında Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündən görüntülər paylaşılıb - VİDEO
-
"Bunlara görə ailəni dağıtmayın"
-
Tahir İmanov səssizliyini pozdu - VİDEO
-
Bu məşhur içkilər xərçəng yaradır
-
Ağdaşda iki bacını maşın vurub öldürdü
-
Putinin idmançıdan olan övladları - FOTOları yayıldı
-
Bu maşınların idxalına 25 faiz rüsum qoyuldu
-
Sevdanı açıq-saçıq geyiminə görə QINADILAR - VİDEO
-
Bakıda II Azərbaycan Halal Biznes Forumunun 1-ci günü yekunlaşıb - FOTO