Blefarit - göz qapaqlarının iltihablandığı və xarici kənarlarının təsirləndiyi xroniki bir xəstəlikdir. Blefarit ikitərəfli və göz bölgəsindəki ağrı ilə xarakterizə olunur. Hər yaş kateqoriyasındakı insanlara təsir göstərir. Blefarit müxtəlif amillərin təsirindən yarana bilər. İnfeksion blefaritlərə bakteriya (epidermal və qızılı stafilokokk), göbələk, gənələr; qeyri-infeksion formaya isə allergik agentlər, oftalmoloji xəstəliklər səbəb olur. İnfeksion blefaritlərin əsas törədicisi kirpiklərin tük kisəciklərini zədələyən stafilokokklardır. Xroniki kolit, qastrit, xolesistit; kirpiklərin düzgün böyüməməsi, şəxsi gigiyena qaydalarına əməl edilməməsi və linzalardan düzgün istifadə edilməməsi, mənfi ekoloji şərait, kimyəvi və nikotin qıcıqlandırıcıları, günəşə uzun müddət məruz qalma və s. təsirə malikdir. Blefaritin əlamətləri: narahatlıq hissi, gözdə xarici bir cisim, ağır göz qapaqları, ağrı, qaşınma, fotofobi, palpebral boşluğun daralması, şişkinlik, göz qapaqlarının hiperemiyası, lakrimasiya və ya quru gözlər. Diaqnoz şikayətlər, göz qapaqlarına baxış, laborator müayinələr əsasında qoyulur. Diaqnostika prosesində görmə itiliyi təyin olunur. Göz qapaqlarının kənarları, konyunktiva, göz alması, buynuz qişanın vəziyyətini qiymətləndirmək üçün gözün biomikroskopiyasından istifadə edilir. Hipermetropiya, miopiya, presbiopiya, astiqmatizmi aşkar etmək məqsədilə refraksiyanın və akkomodasiyanın vəziyyəti təhlil edilir. Bu xəstəliyin qarşısını almaq üçün hər hansı bir xroniki xəstəliklərin vaxtında müalicəsinə, həmçinin infeksiya ocaqlarının təmizlənməsinə xüsusi diqqət yetirilməlidir.
Profiloktik tədbir:
İmmuniteti gücləndirin, şəxsi gigiyena qaydalarına və linzaların istifadəsinə ciddi riayət edin, əsəbləşməyin, yüksək keyfiyyətli kosmetikadan istifadə edin, gecə makiyajı çıxarın.
Milli.Az
Maraqlı
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Blefaritin yaranma səbəbləri
12 Avqust 2021 05:01
0 Şərh
Baxış: 2 213

DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanlı müğənni estetik əməliyyatla TANINMAZ HALA düşdü - VİDEO
-
Mixael Şumaxerdən illər sonra sevindirici xəbər
-
Beş bürc həyatın sürprizi ilə qarşılaşacaq
-
Ən ağıllı insanlar həmin qan qrupuna sahibdirlər - Alimlər açıqladı
-
Afaq Bəşirqızının həyat yoldaşı ad günündə MAHNI OXUDU - VİDEO
-
Faizsiz kreditlər kimlərə veriləcək? - VİDEO
XƏBƏR LENTİ
-
Samir Bağırov illər sonra üzə çıxdı - FOTO
-
Metroda problem - Qatar tuneldə qaldı, sıxlıq yarandı
-
Azərbaycanlı müğənni estetik əməliyyatla TANINMAZ HALA düşdü - VİDEO
-
İki valyuta bahalaşdı - RƏSMİ
-
Mixael Şumaxerdən illər sonra sevindirici xəbər
-
"Ailəmi qayınanam dağıtdı"
-
Damarları təmizləyən “ürək meyvəsi”: Təbii stent təsiri göstərir
-
Türk adları Fransada populyarlaşdı – Fransız valideynlər körpələrinə ən çox bu adı qoyur
-
Beş bürc həyatın sürprizi ilə qarşılaşacaq
-
Uzun saatlar masa arxasında oturmağın riskləri: Mütəxəssislər xəbərdarlıq edir
-
Mütəxəssislər xəbərdarlıq edir: Sadə addımlarla qripdən yayınmaq olar
-
Tez çəki atmaq üçün aclıq sağlamdırmı?
-
Ən ağıllı insanlar həmin qan qrupuna sahibdirlər - Alimlər açıqladı
-
Butulkada satılan südləri almayın
-
Afaq Bəşirqızının həyat yoldaşı ad günündə MAHNI OXUDU - VİDEO
-
Yeməkdən sonra mədəniz ağrıyırsa səbəbi budur – Rusiyalı həkimdən açıqlama
-
Ronaldo yeni rekorda imza atdı
-
Tramp: HAMAS könüllü olaraq tərksilah olmazsa, ABŞ bunu zorla edəcək
-
Türkiyə yenə darmadağınla qalib gəldi - FOTO
-
Süfrələrin bəzəyi - bulqur əslində şəfa yox, zəhər imiş
-
Faizsiz kreditlər kimlərə veriləcək? - VİDEO
-
Günün qoroskopu: Səmanın nəfəsi, ruhun oyanışı
-
Qremmi mükafatlı, məşhur müğənni vəfat etdi
-
Taksi sayına limitin qoyulması qiyməti artıracaq? - VİDEO