Maraqlı

Nadir mavi almaz hərracda 40 milyon dollara satılıb

20 İyul 2021 21:45
1 Şərh     Baxış: 831
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cənub Afrika Respublikasının Kullinan mədənində tapılan 39,3 karatlıq mavi almaz hərracda 40 milyon ABŞ dollarına satılıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə almazın keçmiş sahibi "Petra Diamonds" kompaniyası məlumat yayıb.

Cilalanmamış qiymətli daşın hər karatının qiyməti 1 milyon ABŞ dolları təşkil edib.

Almaz "De Beers" və "Diacore" şirkətləri tərəfindən alınıb.

Qeyd edək ki, mavi almazlar çox nadir tapıntıdır. Onlar bütün dünyada hasil edilən almazların cəmi 1 faizini təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.