Kedra yağının orqanizmə inanılmaz faydaları
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kedra yağı ən unikal və ekoloji təmiz tərkibə malik olan yağlardandır. Onun süni və ya sintetik yollarla əldə etmək mümkün olmur. Çünki, süni yollarla əldə olunan kedra yağının ətri, qidalandırıcılığ və müalicəvi xüsusiyyətləri təbii kedra yağınınkı qədər keyfiyyətli olmur. Kedra yağı sibir kedrasından soyuq üsulla sıxılma yolu ilə əldə edilir və sarı-kəhrəba rəngində olur. Kedra yağı alarkən onun rənginə, qoxusuna və hansı üsulla əldə edilməsinə diqqət yetirmək lazımdır. Ən keyfiyyətli kedra yağı isə soyuq üsulla sıxılaraq əldə edilən yağdır. Bu zaman yağ kedra ləpəsinin qoxusunu və dadını özündə saxlaya bilir. Kedra yağını sərin, qaranlıq yerdə və şüşəni ağzı qapalı şəkildə saxlamaq lazımdır. Bu zaman yağ öz keyfiyyətini itirmir və ya az itirir. Qida sənayesində kedra yağından şorbaların, tərəvəz yeməklərinin, sıyıqların, qarnirlərin, salatların hazırlanması üçün istifadə edilir. Kedra yağı şirniyyatlara və desertlərə xüsusi dad verir.Dəmir qablaşdırmada satılan kedra yağını almaq məsləhət bilinmir. Bu tərkibində olan doymamış yağ turşularının antioksidant təsirinin azalmasına səbəb ola bilir. Kedra yağının tərkibi bioloji aktiv maddələrlə zəngindir. Onun tərkibində linolen turşusu, Omeqa6, olein turşusu, Omeqa9 yağı və yağ turşuları (palmit, eykozan, stearin və s.) var. Kedra yağının tərkibi həmçinin fitosterol, efir yağları, lesitin, karotinoidlər, makro və mikro elementlər, E, B2, B1, B3, D vitaminləri, maqnium, kalium, fosfor, sink, kalsium, marqanez, yod və s. minerallarla zəngindir.
Müalicəvi və faydalı xüsusiyyətləri
Kedra yağı dəridən asan sorulur və onun yarasağaldıcı xüsusiyyətləıri var. O tərkibinə və qidalandırıcılıq qabiliyyətinə görə vegeteryanlar üçün əla qida vasitəsidir. Ondan bir çox xəstəliklərin profilaktikası zamanı istifadə olunur.
Kedra yağının göbələk əleyhinə, antiseptik, iltihab əleyhinə, bakteriasid, virus əleyhinə, regenerasiyaedici, bəlğəmgətirici və bərpaedici xüsusiyyətləri var.
Tərkibində E vitamininin çox olması onun çox faydalı olduğunun göstəricisidir. Onun tərkibində olan E vitamininin miqdarı orqanizmdə sərbəst radikallara qarşı mübarizə aparmasını, sonsuzluğun qarşısını aldığını, hormonal fonu normqallaşdırdığlını təsdiq edir. Mütəxəssislər kedra yağının istənilən bitki yağını əvəz edə biləcəyini söyləyirlər. Kedra yağı mədənin turşuluğunun azalmasına səbəb olur. Mədə və onikibarmaq bağırsağın yara xəstəliyi zamanı kedra yağı içməkdə fayda var. Kedra yağı poliartritin müalicə və profilaktikasında mühüm rol oynayan təbii qidalardandır. Bu yağ podaqra, revmatizm və raxit xəstəliklərinin əlamətlərinin aradan qalxmasına səbəb olur. Hamilə qadınlara və uşaqlara kedra yağından istifadə etməkdə fayda var. Bu onlarda immunitetin yüksəlməsinə, yuxularının normallşmasına səbəb olur.
Hər günlük qida rasionuna kedra yağı əlavə etmək dərinin elastikləşməsinə və gənc qalmasına səbəb olur. Bu yağdan istifadə eləmək dəridə aşağıdakılara səbəb ola bilir:
* yumşaldır, tonuslandırır, qulluq edir və təravətləndirir
* rəngini yaxşılaşdırır, möhkəmliyini və elastikliyini artırır
* üst təbəqədə toplanan ölü toxumaların təmizlənməsinə və yeniləri ilə əvəz olunmasına səbəb olur
* dərini sakitləşdirir, qaşınmaları aradan qaldırır, allergiyadan sonra əmələ gələn qızartıları aradan qaldırır
* kosmetikanın təmizlənməsinə, dəri səpgilərinin təmizlənməsinə səbəb olur
* saçları qidalandırır, möhkəmliliyini bərpa edir, saçqıranların və kəpəyin aradan qalxmasına səbəb olur
* dəridə qoruyucu funksiya rolu oynayır
* uşaq dərisini qoruyur və ona qulluq edir
* aromaterapiyada ətirli yağ kimi istifadə edilir.
Kedra yağının zərərli xüsusiyyətləri
Dəmrov xəstəliyi zamanı kedra yağından sürtmək məsləhət görülmür. Onun zərərləri barədə başqa qeydlərə rast gəlinməyib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu gündən etibarən avtomobilinizin şüşəyuyan suyunu dəyişdirin
-
Ən güclü intuisiyaya malik bürclər
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
XƏBƏR LENTİ
-
Bu gündən etibarən avtomobilinizin şüşəyuyan suyunu dəyişdirin
-
Ən güclü intuisiyaya malik bürclər
-
Selahattin Paşalının yeni işi
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)





