Renault Taliant modelinin Türkiyədəki satışlarına start verilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Renault şirkəti yeni Taliant sedanının Türkiyədəki satışlarına start verib: yeni sedan qardaş ölkədə Symbol adı ilə tanınan ikinci nəsil Logan modelini əvəz edib. Yeni modelin qiymətləri 179,900 türk lirəsindən (36.350 manat) başlayır.
Türkiyə bazarında satılan Renault Taliant modeli Logan/Sandero cütlüyünün əsaslandığı CMF-B platformasında inşa olunub. Renault Taliant modelinin qabaritləri Logan modeli ilə eynidir: sedanın uzunluğu 4396 millimetr, eni - 1848 millimetr, hündürlüyü - 1501 millimetr, təkər bazasının genişliyi isə 2649 millimetrdir.
Milli.Az autograph.az-a istinadən bildirir ki, hər iki modelin sassi arxitekturası da eynidir: ön tərəfdə McPherson dayağı, arxada isə yarımüstəqil asqı mövcuddur. Arxa təkərlərdəki baraban əyləcləri də yerlərini qoruyublar. Ancaq avtomobilin elektrik hissəsi və elektronikası təkmilləşdirilib.
Məsələn, sükanın hidrogücləndiricisi elektrik variantı ilə əvəzlənib, sedan elektrikli əl əyləci və kor zonalara nəzarət funskiyası ilə təchiz oluna bilər. Sükan çarxı iki istiqamətdə tənzimlənir.
Əgər əvvəllər Dacia və Renault markaları altında buraxılan Logan modelləri xaricdən yalnız nüanslarla fərqlənirdisə, indi sedanın dizaynı, emblemlə birlikdə ciddi şəkildə dəyişdirilib! Bumeranq formalı firma gündüz hərəkət işıqları olan fənərlər və xarakterik radiator barmaqlığı aysberqin yalnız bir hissəsidir.
Taliant fərqli bamperlərə və daha çıxıntılı kapota malikdir, yan divarlardan isə, əksinə, bel xəttindəki cizgilər yoxa çıxıblar. Bu, qanadların və qapıların ştamplarının fərqli olduğundan xəbər verir. Yeni arxa fənərlər isə, ilk dəfə olaraq baqaj qapağındakı bölmələrə sahib olublar.
Türk modelinin interyeri Avropada satılan Logan sedanından nüanslarla fərqlənir. Məsələn, burada fərqli sükan çarxını və havalandırma deflektorlarını görmək olar, ön panel isə tutqun rəngli plastik əvəzinə qara parlaq dekorla bəzədilib. Mərkəzində monoxrom ekranı olan analoq cihazlar paneli yerini qoruyub.
Logan modeli standart olaraq audiosistem sahib deyil, ancaq smartfonu USB və ya Bluetooth vasitəsilə birləşdirməyə imkan verir, üstəlik, bir cüt dinamika da malikdir. Türk sedanı da eyni həll variantına sahibdir, lakin əlavə olaraq kiçik monoxrom ekran olan sadə radio ilə təklif edilir.
Əlavə ödəniş ilə, səkkiz düymlük rəngli sensorlu ekranı olan media sistemi sifariş etmək mümkündür. Eyni zamanda, Taliant sedanını klimat-kontrol, işıq və yağış sensorları, arxadan görüntü kamerası, mühərrik işə salma düyməsi və arxa sıradakı qatlanan masalara təchiz etmək olar.
Logan və Taliant modellərinin mühərrik çeşidi də eynidir - yalnız üçsilindrli aqreqatlar təklif olunur. 65 at qüvvəli 1.0 SCe atmosfer mühərriki beş pilləli mexaniki ötürmələr qutusu ilə tandemdə çalışır. Belə model 100 km/saat həddinə 17 saniyəyə sürətlənir.
90 at qüvvəli 1.0 TCe turbomühərriki altı pilləli mexaniki ötürmələr qutusu və ya X-Tronic variatoru ilə təchiz edilir və 100 km/saata müvafiq olaraq 11,7 və 13,9 saniyəyə sürətlənir. Eyni turbomühərrikin propanla işləyə bilər ikiyanacaqlı versiya 100 at qüvvəsi hasil edir və yalnız mexaniki transmissiya ilə sifariş edilə bilər.
Renault Taliant sedanı Türkiyədə iki təchizat səviyyəsində təklif edilir - Joy və Touch. Joy versiyasında olan sedanın qiyməti 179.900 (36.350 manat) lirədən, Touch versiyasının isə 207.900 (41.960 manat) lirədən başlayır. Yeni sedanın istehsalı Bursadakı Oyak-Renault zavodunda təşkil edilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bu gündən etibarən avtomobilinizin şüşəyuyan suyunu dəyişdirin
-
Ən güclü intuisiyaya malik bürclər
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
XƏBƏR LENTİ
-
Bu gündən etibarən avtomobilinizin şüşəyuyan suyunu dəyişdirin
-
Ən güclü intuisiyaya malik bürclər
-
Selahattin Paşalının yeni işi
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)





