Maraqlı

NASA ilə SpaceX arasındakı Ay missiyası müqaviləsi dayandırılıb

6 May 2021 22:45
Baxış: 749
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir sıra özəl aerokosmik şirkətin şikayətlərindən sonra NASA agentliyi Ay missiyası üçün nəzərdə tutulmuş eniş modulunun yaradılması üzrə SpaceX ilə olan yeni müqaviləsi üzərindəki işləri dayandırıb. Qeyd etmək lazımdır ki, SpaceX-in əldə edəcəyi gözlənilən müqavilənin 2.9 milyard dollar dəyərində qiymətləndirilirdi. Ay üçün eniş modulunun yaradılması üzrə NASA ilə SpaceX arasındakı müqavilənin dayandırılmasına əsas səbəb isə bu müqavilənin əldə olunması üçün konkursda iştirak etmiş iki özəl aerokosmik şirkətin şikayətləri olub. Söhbət, Blue Origin ilə Dynetics şirkətlərindən gedir. Sözügedən şirkətlər NASA-nın təklifi ilə ABŞ-ın hesablama palatasına (GAO) öz narazılıqlarını bildiriblər.

İndi isə GAO bu məsələyə məhkəmə səviyyəsində baxacaq. Blue Origin-in fikrincə NASA son anda SpaceX-i seçərək ədalətsiz qərar verib. 16 aprel tarixində NASA agentliyi astronavtların Ay səthinə eniş etmələri üçün nəzərdə tutulmuş eniş modulunun yaradılmasını SpaceX-ə həvalə etdiyini elan etmişdi. İlk əvvəldən agentlik yalnız bir şirkət seçəcəyini və layihəni ona verəcəyini planlaşdırırdı. NASA isə öz seçimini Starship kosmik gəmisinin potensialı hesabına edib. Qeyd etmək lazımdır ki, SpaceX-in Starship kosmik gəmisi insanlar ilə faydalı yükləri Aya və Marsa göndərmək üçün nəzərdə tutulub. Agentlik əsasən bu kosmik gəminin yük daşıma potensialını yüksək qiymətləndirir.

Bundan əlavə olaraq SpaceX-in əldə edəcəyi gözlənilən müqavilənin dəyərinin 2.9 milyard dollar təşkil etməsi də NASA-ya sərf edirdi. Belə ki, Blue Origin ilə Dynetics şirkətləri daha yüksək qiymət təyin etmişdilər. Müqavilə üzərindəki işlərin dayandırılması o deməkdir ki, SpaceX hal hazırda 2.9 milyard dollar dəyərində maliyyələşdirməni əldə etməyəcək və bununla yanaşı Ay missiyası üçün nəzərdə tutulmuş uçuşları NASA ilə müzakirə edə bilməyəcək. NASA öz növbəsində bildirib ki, müqavilə üzərində işlərin davam etdirilməsi, GAO-nun məhkəmə proseslərini nizamlamasından sonra mümkün olacaq. NASA ilə GAO-nun qərarlarına baxmayaraq SpaceX Starship-in təkmilləşdirilməsi üzərində çalışmağa davam edəcək. Starship SN15 adlı prototipin testlərinin yaxın günlərdə baş tutacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.