Astronomlar gözlənilməyən yerdə nəhəng ekzoplanet aşkar ediblər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Astronomlar Çilidə yerləşən Avropa Cənub Rəsədxanasının VLT teleskopundan nəhəng ekzoplanetin birbaşa işığını müşahidə ediblər. Bu ekzoplanet Günəşə oxşayan ana ulduzundan olduqca uzaq məsafədə yerləşir. Yeni kəşf alimlər üçün əsl müəmmaya çevrilib - qaz nəhənglərinin mövcud yaranma modellərindən heç biri alimlərin gördüyü yerdə bu ekzoplanetin necə meydana gəldiyini izah edə bilmir. Tədqiqatın nəticələri "Astronomy & Astrophysics" jurnalında dərc edilib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, söhbət Yerdən 360 işıq ili məsafəsində göyün cənub yarımkürəsində Milçək bürcü istiqamətində yerləşən YSES 2b planetindən gedir. Bu qaz nəhəngi Günəş sisteminin ən böyük planeti Yupiterdən 6 dəfə ağırdır. O, öz ulduzundan Yerlə Günəş arasında olan məsafədən 110 dəfə daha çox uzaqda, yaxud Yupiterlə Günəş arasında olan ı məsafədən 20 dəfə daha çox uzaqda yerləşir. Onun ana ulduzu bütün parametrləri üzrə Günəşə oxşayır, lakin ondan əhəmiyyətli dərəcədə cavandır - cəmi 14 milyon yaşı var.
Planet və ulduz "Young Suns Exoplanet Survey" çərçivəsində aşkarlanıb. 2020-ci ildə bu müşahidə sayəsində Milçək bürcündə Günəşə oxşar daha bir ulduzun (TYC 8998-760-1) ətrafında çoxplanetli sistemin ilk birbaşa təsviri təqdim edilib.
Bu ekzoplanetlərin ilk birbaşa təsviri VLT ESO teleskopunda SPHERE adaptiv optikasının yüksək kontrastlı sisteminin genişləndirilmiş perfomansı sayəsində mümkün olub. SPHERE aləti koronoqraf qurğusunun köməyilə ulduzun parlaq işığını bloklayır ki, bu da daha zəif planeti görməyə imkan yaradır.
Alimlər axtarışlarda yaşı az olan planet sistemlərinə üstünlük verirlər. Belə ki, Günəş sisteminin daha yaşlı planetləri bu texnikanın köməyilə aşkarlanmaq üçün həddən çox soyuq olduqları halda, cavan planetlər daha isti olur və infraqırmızı işıqda daha parlaq işıq saçırlar.
YSES 2b planetinin öz ulduzundan çox uzaq məsafədə yerləşməsinin səbəbi alimlərə hələ ki məlum deyil, çünki o, nəhəng qaz planetlərinin yaranmasına dair məlum modellərin heç birinə uyğun gəlmir. Astronomlar yaxın gələcəkdə bu qeyri-adi planetin və onun ulduzunun ətrafını təfərrüatı ilə öyrənməyi, habelə Günəşə oxşar cavan ulduzların ətrafında digər nəhəng planetlərin axtarışını davam etdirməyi planlaşdırırlar. Onların fikrincə, fövqəladə böyük teleskop (ELT) ESO işə salınandan sonra YSES 2b planetinin mövcud olduğu yerdə necə yarandığını, yaxud onun miqrasiya etdiyini yoxlamaq mümkün olacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
KamAZ sürücülərindən ibarət toy karvanı diqqət çəkdi - (Video)
-
"Arda Güler yeni Messidir, bütün planet görür" - (Video)
-
Meyxanaçılar arasında dava: Balaəli meyxanaçıya butulka atdı - (Video)
-
Xalq artisti: "Burun əməliyyatı zamanı masada ölmüşəm" - (Video)
-
"Kurtlar Vadisi” ilə bağlı araşdırma başlandı
-
Demet Özdemir görünüşünü dəyişdirdi - (Foto)
XƏBƏR LENTİ
-
TDT ölkələri arasında ticarət və iqtisadi əlaqələrin inkişafı müzakirə olunub - (Foto)
-
Ermənistan məhkəməsi TRIPP üzrə sazişi təsdiqlədi
-
Şahin Mustafayev yenidən Azərbaycan Stolüstü Tennis Federasiyasına prezident seçilib
-
Bu şəxslərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq
-
Leytenantların xidmət müddəti ilə bağlı yeni qayda
-
Ülvi Quliyev "Şöhrət" ordeni ilə təltif edilib
-
KamAZ sürücülərindən ibarət toy karvanı diqqət çəkdi - (Video)
-
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq" - (Video)
-
“Bolonya”da baş məşqçi dəyişdi - Tedesko göndərildi
-
Ramiz Mehdiyevin işində onlar da dindirilib
-
"Arda Güler yeni Messidir, bütün planet görür" - (Video)
-
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
-
Əli Əsədov qərar imzaladı
-
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
-
Putin bu gün rusiyalılara müraciət edəcək
-
Meyxanaçılar arasında dava: Balaəli meyxanaçıya butulka atdı - (Video)
-
Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı
-
“Kurtlar Vadisi Pusu” FETÖ araşdırmasına cəlb edildi
-
Tiktoker Əhdi və dostu sərbəst buraxıldı
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “Qobustan” GES-in açılışında iştirakına dair paylaşım edilib - (Video)
-
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis hərəkətə keçdi
-
Xalq artisti: "Burun əməliyyatı zamanı masada ölmüşəm" - (Video)
-
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
-
"Kurtlar Vadisi” ilə bağlı araşdırma başlandı





