Normal dəriyə qulluq edilməsi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əfsuslar olsun ki, bu dəri tipi böyüklərin çox az bir hissəsində təsadüf edilir. Əksər hallarda belə dəri tipi uşaqlarda olur. Normal dəri yumşaq, hamar, təravətli, təmiz, elastik olur. Onun üzərində qırmızı ləkələr və iltihablaşmış sahələr (sızanaqlar, civzələr) nəzərə çarpmır, üzərindəki məsamələr kiçik olur. Belə dəri tipi soyuq, isti, külək və şaxtanı da yaxşı keçirərək praktiki olaraq problemsiz olur. Üzünüz yuyulduqdan sonra dəri dartınmır və qabıqlanma da vermir. Ancaq belə problemsiz dəriyə də gündəlik qulluq etmək (müntəzəm təmizlənmə, nəmləndirmə, qidalandırma və qorunma) lazımdır. Əks halda belə dəri də tez bir zamanda öz üstünlüklərini itirə bilər.
Səhər və axşam normal dərini mütləq təmizləmək lazımdır. Səhər bu məqsədlə su və normal üz dərisinin yuyulması üçün nəzərdə tutulan xüsusi köpüklənən yuyucu vasitələrdən ("penka") istifadə edilir. Dərinin təmizlənməsindən başqa, normal dərini hər gün tonikdən və ya ev şəraitində ot dəmləmələrindən hazırlanan buz parçalarından istifadə etməklə tonuslaşdırmaq lazımdır.
Axşamlar dərini makiyajdan və gün ərzində onun üzərində yığılıb qalan toz və digər çirklənmələrdən təmizləmək üçün təmizləyici kosmetik süddən istifadə etmək olar. Heç bir halda üz dərinizdə makiyajla yatmağa getməyin! Dərinin axşam təmizlənməsindən sonra, yatmazdan təxminən 1,5-2 saat əvvəl dərinizə yüngül qidalandırıcı və ya nəmləndirici (dərinin tələbatından asılı olaraq) krem çəkin və 0,5 saatdan sonra onun qalıqlarını mütləq silin.
Normal dəri üçün çox yağlı kremlərdən istifadə etməyin! O, yalnız dəridəki məsamələri bağlaya bilər! Normal dəri özü üçün lazım olan qədər piy xaric edə bilir!
Həftədə 1 dəfə normal dərini skrabla təmizləmək lazımdır. Vaxtaşırı olaraq normal dərinin salon təmizlənməsinə də (onun mütəmadiliyini həkim-kosmetoloq müəyyən edir) ehtiyacı olur.
Normal dəri daha çox piy yox, nəmlik tələb edir. Buna görə də bu tip dəriyə qulluq etdikdə daim nəmləndirici gel və ya kremlərdən istifadə etmək lazımdır. Nəmləndirici kremdən makiyajın altından özül kimi da istifadə olunur.
Yay aylarında dərinizin həddən artıq qurumasına imkan verməyin. Bu məqsədlə dərinizə günəşdən qoruyan kremlərin çəkilməsi məsləhət görülür.
Həftədə 2-3 dəfə olmaqla normal dəri üçün mağazada satılan və ya ev şəraitində hazırlanan maskalardan istifadə edin.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)
-
Eşidənlər gecələr tualetə duz tökməyə başlayıb
-
Eynəkləri, damcıları kənara qoyun: Qədim Tibet rahiblərinin "qartal gözü" bəxş edən 3 dəqiqəlik ritualı
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
XƏBƏR LENTİ
-
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
-
Azərbaycan XİN Pakistana başsağlığı verib
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)
-
Zaur Kamalın vəziyyəti pisləşdi
-
Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşı: "Mənə heç nə edə bilməzsiniz"
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
-
Aqnes Nqetiç bir saniyə fərqlə dünya rekordunu yenilədi
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
PSJ prezidenti ilə bağlı araşdırma başladı
-
Andrey Babiş AB-ni impotent adlandırdı
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
Ağdamda kəhriz quyusundan meyit tapıldı
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)
-
İran qonşu ölkələri hədələdi
-
Rusiyada ayı 2 nəfəri parçaladı
-
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
-
Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb
-
Kobaxidze BMT Baş Assambleyasında iştirak edəcək
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz





