Uşaqlarda vegetativ-damar distoniyası xəstəliyi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu da uşaqlar arasında geniş yayılmış ürək-damar xəstəliklərindən biridir. Xəstəlik o qədər müxtəlif formalarda özünü büruzə verir ki, çox vaxt həkimlər də düzgün diaqnoz qoymaqda çətinlik çəkirlər.
Vegetativ-damar distoniyası zamanı ən tez-tez rast gəlinən simptomu nəqliyyatda gediş zamanı, hava dəyişməsində, yorulma və s. zamanı baş verən baş ağrılarıdır. Belə uşaqlarda ürəkgetmə də ola bilər. Bu zaman əvvəl uşağın gözləri qaralır, qulaqlarında küy, başgicəllənmə əmələ gəlir, sonra uşaq huşunu itirərək yıxılır. Bir neçə dəqiqədən sonra uşağın huşu bərpa olunur, lakin halsızlıq, yuxululuq davam edir. Belə uşaqlar mütləq nevropatoloq və kardioloq tərəfindən müayinə olunmalıdırlar.
Vegetativ-damar distoniyasında arterial təzyiqin həm qalxması, həm də enməsi müşahidə olunur. Arterial təzyiqi yuxarı və ya aşağı olan uşaqları da həkim kardioloqa göstərmək lazımdır. Arterial təzyigin yuxarı normaları (bu rəgəmlərdən yuxarı olmamalıdır) 7-9 yaşlarda 125/75 mm c.st, 10-13 yaşlarda 130/80 mm c.st, 14-17 yaşlarda 135/85 mm c.st hesab olunur. Böyüklərdə yuxarı norma 130/80 mm c.st hesab edilir.
Bəzi hallarda vegetativ-damar distoniyası olan uşaqlar ürək ağrılarından, ürək ritminin pozğunluğundan da şikayət edirlər.
Xəstəlik müxtəlif formalarda təzahür etdiyi üçün, onun müalicəsi də hər bir xəstə uşaq üçün fərdi qaydada aparılmalıdır. Belə uşaqlara gün ərzində düzgün rejim müəyyən edilməli, onların yuxusuna kifayət qədər vaxt ayırmalı, istirahət, təmiz havada gəzinti, bədən tərbiyəsi, üzgüçülük ilə məşğul olmalarına (idman yox!), su proseduraları, vannalar, duşlar qəbul edə bilmələrinə diqqət yetirmək lazımdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Aynişan atasının döyüşdüyü əraziləri paylaşdı: "Sürdüyü tank minaya düşüb" - (Video)
-
“Çelsi” 80 milyona müdafiəçi alır
-
Xankəndi, Xocalı və Ağdərədə ilk zəng həyəcanı - (Video)
-
İradə İbrahimova: "Silinməyən yara izləri ilə imtahana çəkir" - (Fotolar)
-
"Maraz Ali" illər sonra ekranlara geri qayıdır
-
Koutinyo Neymarla komanda yoldaşı oldu
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - (Foto)
-
Qarabağda 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd olunur - (Foto)
-
Gədəbəydə güllələnmiş meyit tapıldı
-
Bu şəxslərin qəbul imtahanına dəyişiklik edildi
-
Paytaxtda marketlərdən oğurluq edən şəxslər saxlanılıblar
-
Azərbaycan güclü və qlobal arenada sözünü deyən bir ölkədir - Türkiyə Prezidentinin baş müşaviri
-
Aynişan atasının döyüşdüyü əraziləri paylaşdı: "Sürdüyü tank minaya düşüb" - (Video)
-
Pezeşkian Müctəba Xamenei barədə danışdı - Son məlumat
-
Bu yolda hərəkət edən sürücülərin diqqətinə - Qatı duman var
-
Bakıda “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” panel iclası keçirilir - (Foto)
-
Müdafiə Nazirliyi çağırışçılara müraciət etdi
-
Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
-
"Elə sevinirəm ki, məktəbə gedəcəm" - Şəhid övladı - (Video)
-
“Çelsi” 80 milyona müdafiəçi alır
-
Astaranın üç kəndində qaz kəsildi
-
Xankəndi, Xocalı və Ağdərədə ilk zəng həyəcanı - (Video)
-
Bu şəxslərin övladlarının təhsil haqqını dövlət ödəyəcək
-
Sabirabadda uşaq ölü doğulub
-
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
-
İradə İbrahimova: "Silinməyən yara izləri ilə imtahana çəkir" - (Fotolar)
-
Yetkinlik yaşına çatmayanı cinayətə cəlb etmə necə müəyyən olunur?
-
"Maraz Ali" illər sonra ekranlara geri qayıdır
-
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı şəhid övladını ilk dərsə apardı - (Foto)
-
Koutinyo Neymarla komanda yoldaşı oldu





