Maraqlı

“Apple” simsiz smartfonlar üçün maqnit akkumulyatoru təqdim edəcək

25 Fevral 2021 19:55
Baxış: 469
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Apple" şirkəti son nəsil smartfonları enerji ilə doldurmaq üçün maqnit akkumulyatoru hazırlayır. Bu haqda öz mənbələrinə istinadən "Bloomberg" agentliyi məlumat verib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, artıq 1 ildir yenilik üzərində işləyən "Apple"ın mütəxəssisləri ötən ilin oktyabrında keçirilmiş "iPhone 12" smartfonlar xəttinin təqdimatından bir neçə ay sonra onu geniş kütləyə təqdim etməyi planlaşdırırdılar.

Simsiz akkumulyator daha sürətli enerji doldurulmasını təmin etmək üçün nəzərdə tutulmuş "MagSafe" qurğusu ilə uyğun olacaq. Akkumulyatorun korpusu, ehtimal ki, ağ rezinləşdirilmiş materialdan hazırlanacaq.

1976-cı ildə təsis edilmiş "Apple" şirkəti "iPhone" smartfonundan başqa, "MacBook" noutbukları, "iPad" planşet kompüterləri, "iMac" kompüterləri, "iPod" musiqi pleyerləri və başqa yüksəktexnologiyalı texnika istehsal edir. Mənzil-qərargahı Kupertinoda yerləşən korporasiyanın bazar kapitallaşması 1,2 trilyon dolları ötür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.