Maraqlı

"WhatsApp" yeni ildən bir sıra mobil telefonlarda işləməyəcək

28 Dekabr 2020 21:59
Baxış: 1 917
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gələn ilin yanvarın 1-dən "WhatsApp" messenceri köhnə smartfonlarda işləməyəcək.

Milli.Az bildirir ki, proqramın rəsmi saytının yaydığı məlumata görə, "WhatsApp" bəzi cihazlarla uyğunluğunu dayandıracaq.

Konkret olaraq əməliyyat sistemləri iOS 9 və ya Android 4.0.3-dək yenilənməyən mobil cihazlar bu tətbiqdən məhrum olacaqlar. Bura "iPhone 4" və daha əvvəlki versiyalar daxildir.

Tətbiqin "iPhone 4S", "iPhone 5", "iPhone 5S", "iPhone 5C", "iPhone 6" və "iPhone 6S"i dəstəkləməsi üçün əməliyyat sisteminin iOS 9-a yenilənməsi lazımdır. (ölkə.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.