Uşaqları normal yuxuya necə alışdırmaq lazımdır? Pediatrdan yuxu gigiyenası barədə TÖVSİYƏLƏR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Böyüklərdə olduğu kimi uşaqlarda, körpələrdə də yuxu gigiyenası sağlamlığın əsas şərtlərindən biridir. Körpənin normal inkişafı üçün başlıca amillərdən biri də yuxunun qaydasında olmasıdır. Bunu necə tənzimləmək olar? Körpələri nizamlı yuxuya necə alışdırmaq lazımdır? Pediatr, uzman həkim Ülvi Əliyev məqaləsində bununla bağlı bir sıra tövsiyələr verib. Onları təqdim edirik:
Tez yuxuya getmə, lazımi qədər yuxulama və yuxusunu alaraq, sakit bir şəkildə oyanmağa yuxu gigiyenası deyilir. Bunun üçün aşağıdakılara əməl olunması məsləhətdir:
Yuxu vaxtının gəldiyini körpəyə yarım saat öncədən hiss etdirməli və bu əhval-ruhiyə davam etməlidir. Körpənin hamam sonrası ya da hamiləlik boyunca dinlədiyi eyni musiqi ilə yatması lazımdır.
Uşaq çətin yuxuya gedirsə, yanına allergik olmayan, tüklü ya da tüksüz yuxu yoldaşı deyilən oyuncaqlardan yararlanıla bilər. Bunları qucaqlayaraq özünü daha rahat hiss edəcəkdir.
4 aydan kiçikləri yarımçıq qundaqlamaq, yuxu müddətini uzadır. Körpənin təkcə qollarını zərf şəklində sarımaq və ayaqları sərbəst buraxmaq gərəkdir. Qolları nəzarət altına alınsa diksinməklə oyanmasının qabağı alınar.
6 ay - 3 yaş dönəmində gündüzləri 2 saat olmaqla ya bir ya da iki dəfə yuxulaması arzuolunandır.
Uşaqlar nizamı sevərlər. Buna görə həmişə eyni yataq, eyni hava, eyni paltarlar və eyni qoxunu alması təmin edilməlidir. Ev dəyişiklikləri olan körpələrin yuxu nizamı olmaz. Ən azı öz yerində yatmasına cəhd etmək vacibdir.
Uşağın yatağına alışması üçün nə etmək olar?
"Gecə yerində yatmır", "Qucaq istəyir", "Qucaqdan düşmür", "Yerinə yatıran kimi ağlayır" - çox valideynlərə bu hal tanışdır. Bəs nə edək?
Uşaqların öz yatağında yuxulaması inkişaf etməsi cəhətdən vacib əhəmiyyət daşıyır. Bunun üçün arzu söndürmə texnikası işlədilir.
Uşağın ana dili ağlamaqdır, bu şəkildə dərdini anladır. Ac olanda da, bir yeri ağrıyanda da. Hər ağladığında qucağa almaq yerinə yanında olduğunuzu göstərməniz gərəkdir.
İlk gün; altının quru, qarnının tox və qazının olmadığından əminsinizsə yatağına qoyun və yanında durun. Əllərinizlə körpənizə toxunun ve bu şəkildə yuxuya getməsini gözləyin. İşdir, ağlarsa 15 dəqiqəyə qədər ağlamasına icazə verin. Sonra qucağınıza alın və sakitləşdirin. Sonra yenə yerinə yatırdın. Hələ də ağlamağa davam edirsə, bu dəfə 20 dəqiqə gözləyin.
Bir gün içində 3-dən çox ağlama epizodu olmamalıdır. Amma bir gün sonra ən son dəqiqədən başlamaq lazımdır. İlk gün 25 dəqiqə qədər ağladısa ikinci gün 25-30-35 dəqiqəlik dövrlər izlənməlidir. Arzu söndürmə texnikasına 3 gün riayət edilsə, körpə demək olar ki, öz yatağında yatmağa alışacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)
-
Eşidənlər gecələr tualetə duz tökməyə başlayıb
-
Eynəkləri, damcıları kənara qoyun: Qədim Tibet rahiblərinin "qartal gözü" bəxş edən 3 dəqiqəlik ritualı
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
XƏBƏR LENTİ
-
Cəlilabadda zəncirvarı qəza olub, 3 nəfər xəsarət alıb - (Foto)
-
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib - Premyer Liqa
-
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
-
Azərbaycan XİN Pakistana başsağlığı verib
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)
-
Zaur Kamalın vəziyyəti pisləşdi
-
Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşı: "Mənə heç nə edə bilməzsiniz"
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
-
Aqnes Nqetiç bir saniyə fərqlə dünya rekordunu yenilədi
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
PSJ prezidenti ilə bağlı araşdırma başladı
-
Andrey Babiş AB-ni impotent adlandırdı
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
Ağdamda kəhriz quyusundan meyit tapıldı
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)
-
İran qonşu ölkələri hədələdi
-
Rusiyada ayı 2 nəfəri parçaladı
-
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
-
Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb





