Yüksək təzyiqin əksər hallarda heç bir simptomu olmur- XƏBƏRDARLIQ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünyanın yaşlı əhalisinin təxminən 30 faizi - bir milyarddan çox insan - hipertoniyadan, yüksək qan təzyiqindən əziyyət çəkir. Bu vəziyyət, ürək-damar xəstəlikləri, insult, böyrək xəstəliyi və demensiya kimi ciddi nəticələrə gətirib çıxara bilər. Hipertoniyanın kəskinləşməsi hər il 9,4 milyon insanın ölümünə səbəb olur.
Adətən mayın 17-də qeyd edilən bu tədbir, bu il koronavirus pandemiyası səbəbindən oktyabrın 17-nə keçirilib.
Yaşlılar üçün normal qan təzyiqi ürəyin daralması (sistolik) zamanı 120 mm civə sütunu səviyyəsində, ürəyin rahatlandığı (diastolik) vaxtda isə 80 mm civə sütunu səviyyəsində təyin edilir. Qan təzyiqi sistolik göstərici 140 mm, diastolik göstərici isə 90 civə sütunu səviyyəsindən çox olduqda qan təzyiqi yüksək hesab olunur.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, hipertoniyalı insanların əksəriyyətində bu xəstəlik adətən özünü heç bir simptomla büruzə vermir və buna görə də o "səssiz qatil" adlandırılır. Bəzən hipertoniya başağrısı, təngnəfəslik, başgicəllənmə, sinə ağrısı və ürəyin tez-tez döyünməsinə səbəb olur.
ÜST qeyd edir ki, bütün yaşlılar qan təzyiqlərini nəzarətdə saxlamalıdırlar. Bunun üçün ilk növbədə onu mütəmadi olaraq ölçmək lazımdır. Qan təzyiqi qalxdığı təqdirdə həkimə müraciət etməli və bütün tibbi göstərişlərə riayət olunmalıdır.
Mütəxəssislərin fikrincə hipertoniya riskinin qarşısının alınması və azaldılması üçün beş sadə addım atılmalıdır:
- sağlam pəhriz prinsiplərinə riayət olunmalı, duzlu və yağlı, ilk növbədə, çox yağlı olan yeməklərdən az istifadə etməli;
- alkoqollu içkilərin həddindən artıq istifadəsindən imtina edilməli;
- fiziki cəhətdən aktiv olmalı və normal çəki saxlamalı;
- tütündən istifadədən imtina edilməli;
- meditasiyalar, fiziki məşqlər və müsbət ünsiyyət vasitəsi də daxil olmaqla stressi nəzarətdə saxlamalı.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: Alacağınız xəbər əhvalınızı birdən-birə yüksəldəcək
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
"Bavariya" səfərdə qalib gəldi - (Video)
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)
-
Arda Gülər sevgilisi ilə “Formula-1”də - (Video)
-
Mançester derbisini “Siti” qazanıb - (Video)
XƏBƏR LENTİ
-
Günün qoroskopu: Alacağınız xəbər əhvalınızı birdən-birə yüksəldəcək
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
-
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır
-
"Bavariya" səfərdə qalib gəldi - (Video)
-
"Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)
-
Arda Gülər sevgilisi ilə “Formula-1”də - (Video)
-
Yasamal və Xəzərdə işıq olmayacaq
-
Mançester derbisini “Siti” qazanıb - (Video)
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
-
Anant Ambani dünyanın ən bahalı saat kolleksiyasına sahibdir - (Foto)
-
“Təmiz qolumuz sayılmır, qapımıza gülünc penalti təyin olunur” - (Video)
-
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
-
Premyer Liqanın V turunda "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşıb - Yenilənib
-
Bu dəfə də Xuraman Şuşalını aldatmaq istədilər - (Foto)
-
Dünyanın 50 ən nüfuzlu yəhudisi: Zelenski də siyahıdadır
-
Gəncədə toy karvanında gəlin maşını qəzaya düşdü - (Foto)
-
Kimi Antonelli İspaniya Qran-prisinin qalibi olub
-
“Əlaçı” verilişində səhv cavab doğru sayıldı - (Video)
-
“Allah sizi görür...” - Ruben Neveşə qarşı böyük hörmətsizlik - (Video)
-
Putini çəkib qaçdılar, özləri kameraya düşdülər - (Video)





