Virus gənclərə və uşaqlara da təsir edir: Risk qrupuna aid olanlar özlərini qorumalıdır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Artıq bu müddət ərzində bir daha sübut olundu ki, virus təkcə yaşlı insanları öldürmür. Bu, həm də gənclərə və uşaqlara da təsir edir. Xüsusən, gənclər arasında risk qrupuna aid olanlar var və onlar özlərini qorumalıdırlar".
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, tibb elmləri doktoru Nuran Abdullayev bildirib.
Onun "Virusun yeni dalğası" adlı məqaləsini təqdim edirik:
Hazırda proqnozlar onu deməyə əsas verir ki, Azərbaycanda yoluxma halları ilə bağlı qeydə alınan say artacaq. Bu, qaçılmazdır. Sadəcə olaraq, qaydalara əməl etməklə xəstəliyə yoluxanların iki həftə sonrakı sayını azaltmağa və risk qrupunda olanları virusdan qorumağa nail oluna bilər. Buna görə də ölkə ərazisində virusun yayılmasının qarşısının alınması üçün yeni qadağaların tətbiq edilməsi gözləniləndir.
Ona görə yeni qadağalar deyirəm ki, ilkin mərhələdən fərqli olaraq artıq hansı tədbirlərin virusa yoluxmaya neçə faiz təsir edəcəyi elmi əsaslarla müəyyən olunub. İndi isə sadəcə ölkənin iqtisadi və sosial durumu da nəzərə alınmaqla bunları müvafiq formada icra etmək lazımdır. Amma bu qərarları vermək heç də sadə deyil və yüz faiz düzgün qərar deyə bir standart qərar da yoxdur. Məqsədə nail olmaq üçün qadağalarla bəzi sektorlarda və xidmət sahələrində müəyyən qurbanlar verilməlidir. Bu, təkcə Azərbaycanda deyil, bütün dünyada belədir.
Test strategiyaları və seroloji testlərlə müəyyən mənada vəziyyəti ələ almaq mümkündür. Düşünürəm ki, böyük şəhər və rayonlarda virusun yayılma tendensiyasında artım gözlənildiyi kimi, bu, kiçik kəndlərə də sirayət edə bilər. Ona görə də, indidən buna hazırlıqlı olmaq lazımdır. Təbii ki, kiçik yaşayış məntəqələrində yoluxma halları aşkarlanan zaman ora giriş-çıxış məhdudiyyətinin tətbiq edilməsi düzgün qərardır.
Əvvəlki aylarda heç bir müsbət nəticəsi olmayan tədbirlərin yenidən həyata keçirilməsi məqsədəuyğun deyil. Virusla mübarizədə bütün zəruri tədbirlərlə yanaşı, insanlar arasında maarifləndirici işlər də səngiməməlidir. Təəssüf ki, hamı kafe, restorana və insanların sıx toplaşdığı digər ictimai məkanlara getmək istəyir. Amma biz artıq bundan öncəki dalğada etdiyimiz səhvlərdən həm tibbi baxımdan, həm də xalq olaraq nəticə çıxarmalıyıq. Xəstəxanaların reanimasiyalarına baxın, hələ ki, boşdur və bu, o deməkdir ki, fürsətimiz var, amma zamanımız yoxdur. Reanimasiyalar bir də dolmayacaq deyənlərə isə bu gün İspaniyanı nümunə gətirmək istəyirəm. Çünki hazırda İspaniyada reanimasiyalar yenidən xəstələrlə dolub.
Artıq bu müddət ərzində bir daha sübut olundu ki, virus təkcə yaşlı insanları öldürmür. Bu, həm də gənclərə və uşaqlara da təsir edir. Xüsusən, gənclər arasında risk qrupuna aid olanlar var və onlar özlərini qorumalıdırlar. Çünki risk qrupuna aid olan gənclər arasında yoluxma olarsa, bu, bütün reanimasiyaların dolmasına səbəb ola biləcək. Ona görə də biz reanimasiyaların dolmasını gözləməməli, bunun qarşısını indidən almalıyıq. Bunun üçün hər bir kəs fərd olaraq virusla mübarizə aparmalı, bütün qaydalara riayət etməlidir.
Həmçinin klasterlərin tapılması və onların harada baş verməsinə ciddi baxılmalıdır. Bir insan virusa yoluxduğu zaman ondan mütləq hansı klasterdə bunun baş verməsi soruşulub araşdırılmalıdır. Bundan sonra orada olan virusa yoluxa biləcək digər insanlar tez bir zamanda müəyyən edilməli, onlar evdə karantinə alınmalı və ya izolyasiya olunmalıdırlar. Çünki viruslu xəstə adətən bundan öncəki dalğada müəyyən olunanda artıq onun kifayət qədər adamı yoluxdurduğu dəqiq müəyyən olunub. Klasterlərin harada olması məsələsinə də ciddi yanaşılmalıdır, yəni yoluxma halları restoran və ev şəraitində ad günləri tədbirlərində və ya övladlarını əsgərliyə yola salan zaman hərbi komissarlığın önündə baş veribsə, belə toplanmaları qəti şəkildə qadağan etmək vacibdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Maşını gecə park edərkən bu səhvi etməyin
-
Evdə bu əşyanı saxlamaq pula qənaət etməyə kömək edir
-
Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər
-
Balıq bişirəndə edilən əsas səhvlər
-
Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
Tanınmış iş adamı vəfat etdi
-
Şahzadə Diananın əfsanəvi "qisas donu" hərraca çıxarılır - (Foto)
-
Cem Yılmaz tədbirə əsa ilə gəldi - (Foto)
-
Sandra Ballak 4 il sonra ekranlara qayıdır - (Foto)
-
Dünyanın ən bahalı evləri - (Fotolar)
-
Əziz Yıldırım da saxlaya bilmədi - İsmail Kartal “Fənərbaxça”dan getdi
-
Dünyanın ən dar avtomobili hazırlandı - (Foto)
-
Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir” – Ülviyyə Abbasova KÖMƏK İSTƏYİR
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
Bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadıldı
-
Samuel Eto'O böyük maliyyə qalmaqalında: Yarım milyon avro hara yoxa çıxıb?
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)
-
"Yeraltı"dan qocaman aktyorlara hörmətsizlik - (Foto)
-
Bakının 3 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib





