Heyvanlar behiştə daxil olacaqlarmı?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Təfsirçilərin nəzərinə görə, Allah Təala Qiyamət günü insanları və cinləri məhşur etdyi kimi, heyvanları da məhşur edəcəkdir. Belə ki, Qurani-Kərimin bu ayəsində oxuyuruq: "Yer (üzün)də elə bir hərəkət edən heyvan və iki qanadı ilə uçan elə bir quş yoxdur ki, (yaradılışının hədəfi, ömür müddətinin müəyyənləşdirilməsi, nəslinin artımı və həyat tərzi baxımından) sizin kimi ümmətlər olmasınlar.
Biz Öz kitabımızda (bəyan etmək baxımından Lövhi-Məhfuz kitabında və yaratmaq baxımından Təkvin kitabında) heç nəyi nəzərdən qaçırmamışıq. Sonra onlar (Qiyamət günü) hamılıqla (öldükləri yerlərdən) öz Rəbblərinə tərəf toplanılacaqlar". ("Ənam" 38).
Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: "Qurbanlıq heyvanlara yaxşılıq və ehsan edin, çünki onlar - sizin Siratdan keçmək vasitənizdir".
Həzrət Rəsuli-Əkrəmdən (s) gələn hədisdə oxuyuruq: "Allah bütün bu canlıları Qiyamət günü dirildəcəkdir, bəzilərinin qisasını bəzilərindən alacaqdır. Hətta buynuzu olmayan heyvanın belə".
Bəs hansı heyvanlar behiştə gedəcəklər?
İmam Sadiq (ə) buyurur: "Hər kim dəvə ilə üç dəfə həccə gedərsə, miniyi behiştlik olar".
Həzrət Peyğəmbər (s) buyurur: "Müharibə meydanının atları - behişt atları olacaqdır".
Hədislərdə oxuyuruq ki, o kəs ki, Allah yolunda bir iş görər və bu işi görən zaman miniyi olan heyvan - behişt heyvanı olacaqdır. (İslami saytlara istinadən)
Beləliklə, deyə bilərik ki, heyvanlar da Qiyamət günü insanlar kimi hesaba çəkiləcəklər. Onlar da behiştə gedəcəklər. Behiştə gedən heyvanlar adətən o heyvanlar olacaqdır ki, Allah yolunda cihadda iştirak ediblər, ya sahibini həccə aparmışdır və ya Allah yolunda hansısa işi görməkdə sahibinə yardım etmişdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Məşhur türk vokal təlimçisi azərbaycanlı ifaçıları heyranlıqla paylaşdı - (Video)
-
Gəlin bəyin ayağına basmaq əvəzinə görün nə etdi - (Video)
-
Türkiyəli məşhur aktyor vəfat etdi - (Foto)
-
Pünhan toyunda həmkarlarını "ağ yuyub, qara sərdi": "Çoxunun məni gözü götürmür" - (Video)
-
"“Fənərbağça” “Turan Tovuz”la oyuna görə pul alıb" – Emre Bol
-
İbrahim Borçalının evində şad gün (Foto)
XƏBƏR LENTİ
-
Milli İncəsənət Muzeyində Əli bəy Hüseynzadənin həyat vəyaradıcılığına həsr olunmuş xüsusi proqram keçirilib - (Foto)
-
Rusiyada taun xəstəliyi yayılır? - Xəstəxanalar karantinə bağlandı
-
Magistraturaya qəbul olan bu tələbələr pulsuz təhsil alacaqlar
-
Məşhur türk vokal təlimçisi azərbaycanlı ifaçıları heyranlıqla paylaşdı - (Video)
-
Rusiyada təyyarə qəzası: 8 zabit həlak oldu
-
“Royad Məmmədov” gəmisi vuruldu
-
Gəlin bəyin ayağına basmaq əvəzinə görün nə etdi - (Video)
-
Türkiyəli məşhur aktyor vəfat etdi - (Foto)
-
Bakı ətrafında ən ucuz torpaqlar haradadır? - Qiymətlər
-
144,9 ha ərazi minalardan təmizlənib
-
Nazirdən şad xəbər: Onlara 20 min manatadək pul verilə bilər
-
Bakıda arvadını pul vermədiyi üçün tava ilə döydü
-
Pünhan toyunda həmkarlarını "ağ yuyub, qara sərdi": "Çoxunun məni gözü götürmür" - (Video)
-
"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satılıb
-
Merve Özbeyin konsertdə başına iş gəldi: Xəstəxanaya aparıldı
-
Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
-
"“Fənərbağça” “Turan Tovuz”la oyuna görə pul alıb" – Emre Bol
-
İbrahim Borçalının evində şad gün (Foto)
-
Bu olsa, Kənan Yıldız "Real"a transfer olunacaq
-
Elgiz bağ evini nümayiş etdirdi - (Video)
-
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı
-
Bakıya leysan yağacaq - Proqnoz verildi
-
Pensiyalar və təqaüdlər bu tarixdə veriləcək
-
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto/Video)





