Maraqlı

"5 ildir sevgilim yoxdur"

18 Sentyabr 2020 20:07
Baxış: 1 043

Aktrisa Şarliz Teron həmkarı Şon Pennomla ayrıldıqdan sonra tək qalmağa üstünlük verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi günlərini 8 yaşlı Cekson və 5 yaşlı oqastı böyütməyə həsr edib.

Beş ildir heç kimlə sevgili olmayan Teron "The Drew Barrymore Show"ya qonaq olub. O, şəxsi həyatını gizli saxlama səbəblərini açıqlayıb.

"Həyatım övladlarım və ailəmlə gözəldir. Özümü tənha hiss etmirəm. Həyatıma uşaqlarım daxil olduqdan sonra heç nəyə ehtiyacım qalmadı. Düşünürəm ki, fikirlər zamanla dəyişir. Valideyn olmaq tam fərqli bir hissdir. Gecə yatağa uzananda düşünürəm ki, nə edim bu gün olan mənfiliklər həyatımda təkrarlanmasın" deyə, aktrisa söyləyib.

Qızı isə Şarlizin sevgilisinin olmamasına görə narahatdır. "Qızım deyir ki, sevgilin olmasını istəyirəm. Sənə biri lazımdır" deyə, aktrisa əlavə edib.

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.