Maraqlı

Ankarada kiberterrorizm əməliyyatı keçirilib

3 Sentyabr 2020 23:15
Baxış: 1 055
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin paytaxtı Ankara şəhərinfə PKK/KCK terror təşkilatının hakerlərinə qarşı əməliyyat keçirilib.

Milli.Az ted.az-a istinadən bildirir ki, Ankara Baş Prokurorluğu PKK/KCK terror təşkilatı adından kiberhücumlar törətmiş 21 nəfərin saxlanılmasına dair qərar qəbul edib.

Baş Prokurorluğun məlumatında bildirilir ki, Terror Aktlarının Təhqiqatı Bürosu PKK/KCK silahlı terrorçu təşkilatının üzvü kimi müəyyən edilmiş və təşkilatın göstərişi ilə fəaliyyət göstərən "Mezopotamia Hackers" qrupuna aid 21 şübhəli şəxsə qarşı istintaqa başlayıb.

Bəyanatda qeyd olunur ki, şübhəli şəxslər 81 əyalətdə 411 dövlət qurumuna və təşkilatına, həmçinin 14 min 271 hüquqi şəxsə məxsus internet saytına icazəsiz daxil olub və onların təbliğat işləri ilə məşğul olduqları təşkilat adından maddi iddialar irəli sürüblər.

Ankara əyalət Polis İdarəsinin Antiterror Şöbəsinin əməkdaşlarının sözlərinə görə, Ankaranın 17 vilayətində şübhəli bilinən şəxslərin tutulması üzrə əməliyyatlar davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.