Maraqlı

Məşhur bəstəkara koronavirus peyvəndi vurulacaq

15 Avqust 2020 11:36
Baxış: 1 237
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müasir teatrın canlı klassiki, britaniyalı məşhur bəstəkar Endryu Lloyd Uebberə COVİD-19 virusu əleyhinə hazırlanan peyvənd vurulacaq.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə sənətçi Tvitter səhifəsində məlumat verib:

"Mən çox sevincli və həyəcanlıyam. Çünki sabah mənə koronavirusa qarşı hazırlanmış vaksini vuracaqlar. Teatrların yenidən açılması üçün əlimdən gələni etməyə hazıram".

Qeyd edək ki, Endryu Lloyd Uebberə vurulacaq olan "ChAdOx1 nCoV-19" adlı peyvəndi Oksford Universiteti hazırlayıb. Testlərin ilk mərhələsi yaxşı nəticə göstərdiyi üçün Britaniyadan 10 mindən artıq könüllüyə həmin vaksinlər vurulacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.