Maraqlı

Azərbaycanda ən çox istifadə olunan iOS versiyası hansıdır? — Statistika

13 Avqust 2020 22:45
Baxış: 1 156
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Apple qurğularına məxsus iOS əməliyyat sistemlərinin Azərbaycan üzrə bazar payı açıqlanıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, Global Stats analitik şirkətinin məlumatına əsasən, iyul-avqust ayları ərzində Azərbaycanda Apple istifadəçiləri arasında ən populyar iOS 13.5 versiyalı əməliyyat sistemi olub.

iOS 13.5-in Azərbaycan üzrə bazar payı 49.32%-ə, dünya üzrə isə 62.81%-ə bərabərdir.

Populyarlığına görə ikinci yerə sahib olan iOS versiyası iOS 12.4-dür, onun Azərbaycan üzrə bazar payı 16.39% təşkil edib.

Sıyahıda növbəti yerləri alan isə iOS 13 (8.33%), iOS 13.4 (4.93%), iOS 10.3 (3.23%), iOS 13.6 (2.85%) əməliyyat sistemləridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.