Maraqlı

Bu bürclərin koronavirusa yoluxma riski olduqca azdır - Məşhur astroloqdan açıqlama

7 Avqust 2020 15:07
Baxış: 2 629
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur astroloq Pavel Qloba, üç bürcdən olan insanların koronavirus COVID-19 ilə yoluxma ehtimalının az olduğunu iddia edib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, astrologun proqnozuna görə, xəstəlik Oxatan, Xərçəng və Oğlaqdan yan keçəcək.

Qloba Oxatan bürcündən olan insanların immun sistemlərinin güclü olduğu üçün sağlam olduqlarını deyib. Bundan başqa o, bildirib ki, onlar  güclü  sinir sisteminə də sahibdirlər. Bu da xəstəliyin öhdəsindən daha yaxşı gəlmələrinə kömək edir.

Xərçəng bürcdən olan insanlar əla sağlamlığa malikdirlər. Onlar səhhətlərinə diqqət yetirirlər və qabaqcadan profilaktik tədbirlər görür. Xərçənglərin əksəriyyəti zərərli vərdişlərə meylli deyil və düzgün qidalanırlar.  Buna görə də, koronavirusa qarşı kifayət qədər gücləri var.

Koronavirus Oğlaq bürcü altında doğulmuş insanlardan da yan keçəcək. Bu, bəlanın qarşısını almağa üstünlük verən ehtiyatlı bürcdür. O, özünü və yaxınlarını təhlükəyə atmayacaq. Oğlaqlar da möhkəm sağlamlığa malikdirlər.  Onlar pis vərdişlərdən uzaq dururlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.