Maraqlı

Ölümün qarşısını almaq olarmı?

9 Avqust 2020 19:40
Baxış: 1 052
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müqəddəs Quran və hədislərdən belə bir birmənalı nəticəyə gəlmək olur ki, ölüm yox olmaq demək deyildir. Əslində yeni həyatın başlanğıcıdır.

Əcəl dedikdə, insan üçün müəyyən edilmiş vaxt nəzərdə tutulur.

Bəli, insan üçün yaşayacağı vaxt müddəti təyin edilmişdir. Ona görə də ölümə bəzən əcəl də deyirlər.

Əcəli iki yerə bölürlər: qəti olan əcəl və qəti olmayan əcəl.

Allahın qəti əcəlinin qarşısını heç bir əməl ala bilməz. Bu əcəl artıq qətidir və həyata keçəcəkdir. Ancaq qəti olmayan əcəlin qarşısını bəzi əməllər ala bilər ki, onlarla tanış olaq:

1. Günahı tərk etmək. İmam Sadiq (ə) buyurur: "İnsanlar daha çox (təbii) əcəllərinin çatması ilə ölmək yerinə, günahlarının təsirindən ölürlər".

2. Sədəqə. İmam Əli (ə) buyurur: "Sədəqə verməklə ömürlər uzanar".

3. Sileyi-rəhm. İmam Rza (ə) buyurur: "Biz ömrün uzanması üçün sileyi-rəhmdən başqa vasitə tanımırıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.