Maraqlı

Skoda Kodiaq və Karoq modellərini yeniləməyə hazırlaşır - FOTO

4 İyul 2020 23:01
Baxış: 1 248
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Skoda şirkəti Kodiaq və Karoq krossoverlərini yeniləmək niyyətindədir. Casus şəkillərindən göründüyü kimi, hər iki modelin eksteryerində yüngül dəyişikliklərin ediləcəyi gözlənir. Çox güman ki, dəyişikliklər radiator barmaqlığını, işıq texnikasını və bamperləri əhatə edəcəkdir.

Üstəlik, casuslara rast gəlmiş Kodiaq modeli bu ailənin flaqmanı olan "bərkgedən" Kodiaq RS modelidir.  Buna iri ölçülü təkər diskləri və səsboğucu sistemin trapesiyaşəkilli ucluqları işarə edir.

Böyük ehtimalla, avtomobillərin interyeri və mühərrik çeşidi də yenilənmədən nəsibini alacaqdır. İlkin məlumata görə, Kodiaq ailəsinə məişət şəbəkəsinə qoşulan hibrid modifikasiya qoşulmalıdır. Çox güman ki, yenilənmiş Karoq krossoveri də bənzər aqreqatla təchiz ediləcəkdir. İstənilən halda, ətraflı məlumatı əldə etmək üçün yenilənmiş modellərin təqdimatını gözləmək lazımdır. Skoda şirkəti yenilənmiş Kodiaq modelini bu il təqdim etməyi planlaşdırır, Karoq modeli isə bir qədər sonra debüt edəcəkdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.