Maraqlı

Telefonunuzda fotolarınızı redaktə edə biləcəyiniz ƏN YAXŞI 10 TƏTBİQ

22 May 2020 03:01
0 Şərh     Baxış: 1 531

Yaşadığımız anları ağıllı smartfonlarla yaddaşa həkk etməyimiz müasir texnologiyanın bizə bəxş etdiyi önəmli funksiyalardan biridir. Həmin fotoları xırda toxunuşlarla cazibədar etməyimiz üçün isə "Play Store" və "App Store"-da yüzlərlə tətbiq var. Fərqli xüsusiyyətləri ilə seçilən tətbiqləri sadaladığımız siyahını oxuyaraq, daha gözəl şəkillər əldə etmə imkanına malik olacaqsınız.

Milli.Az "Android" və "Apple" istifadəçiləri üçün mobil fotoqrafiya sektorunda olan ən yaxşı 10 foto redaktə tətbiqlərini təqdim edir:

"VSCO"
"Adobe Photoshop Express"
"Snapseed"
"Focos"
"Flickr"
"Prisma"
"Adobe Photoshop Lightroom CC"
"Afterlight 2"
"PicsArt"
"Hypocam"

"VSCO"

Önə çıxan xüsusiyyətləri:
• Təkmilləşən foto redaktə vasitələri

• Pulsuz 10 redaktə və əsas parametrlər

• "Kəşf et" bölməsi ilə ilham verən fotolar

Ən çox yüklənən foto tənzimləmə tətbiqlərindən biridir. "İnstaqram" sosial şəbəkəsində olduğu kimi, redaktə edilmiş fotolarınızı xəbər lentində paylaşa bilərsiniz. Klişe filtrlərdən seçilən "VSCO" bənzərsiz filtrləri ilə sizi başqalarından fərqləndirəcək. Yalnız filtrləri ilə deyil, həm də işığın tənzimlənməsi kimi bir çox parametrlərin istifadəsinə imkan verən "VSCO", DSLR zövqünü asanlaşdıraraq, ətrafınıza ən uyğun olan dəyərləri tənzimləməyinizə imkan verir.

"Adobe Photoshop Express"

Önə çıxan xüsusiyyətləri:
• Ləkə itirmə funksiyası

• Qırmızı göz korreksiyası

• Subyekti ön plana çıxararaq, arxa fonun bulanıqlaşdırılması

Tanınmış "Adobe" şirkətinin məhsuludur. Bu tətbiq vasitəsilə qırmızı göz xətası, rənglərin canlandırılması və hazır filtrlər kimi çox sayda funksiyadan yararlana bilərsiniz. Bəzi pulsuz xüsusiyyətlərdən faydalanmaq mümkündür. Lakin bütün funksiyaları əldə etmək üçün ödəniş etməlisiniz.

"Snapseed"

Önə çıxan xüsusiyyətləri:
• İstəyə bağlı filtr fırçası

• RAW versiyaların açılması

• Pulsuz istifadə imkanının genişliyi

"Google"-un ərsəyə gətirdiyi mobil foto tənzimləmə tətbiqidir. Ödənişsiz filtrləri ilə gözoxşayan "Snapseed" ən çox müsbət nəticə əldə edən tətbiqlərdən biridir. "Snapseed" tətbiqini digərlərindən ayıran ən əhəmiyyətli xüsusiyyətlərindən biri öz filtrlərinizi yarada bilmə imkanı verməsidir.

"Android" və "İOS"-a uyğun, sadə və stabil foto redaktə tətbiqi axtaranları hədəfləyən "Google"-un bu tətbiqinə istifadəçilər tərəfindən maraq böyükdür.

"Focos"

Önə çıxan xüsusiyyətləri:
Bokeh effekti vermək bacarığı
Güzgü ön kamera funksiyası

Yalnız "İOS cihazların istifadə edə biləcəyi pulsuz mobil foto redaktə tətbiqidir. "Focos" tətbiqi portret rejimi və bokeh effekti verə bilməyən, yaxud tək kamerası olan cihazlarda arxa fonun bulanıqlaşdırma imkanı yaradır. Bununla yanaşı, tətbiq əvvəl çəkdiyiniz şəkillərə də bokeh effekti verməyin ən asan yolunu təqdim edir. Arxa fonun bulanıq olması şəkildəki əsas subyektin ön plana çıxmasına şərait yaradır. Bokeh effekti ilə yaradılan qığılcımlar dərinlik dəyişdikcə fərqlənir. Bu isə şəkillərə fəza hissi bəxş edir. Əsas subyekt və arxa fon aydın şəkildə bir-birindən ayrılır, lakin eyni zamanda harmonik olaraq bir-biri ilə vəhdət təşkil edir.

"Flickr"

Önə çıxan xüsusiyyətləri:
Ödənişsiz olması
Avto-redaktə tənzimləmələri
Filtrlərin açıq olduğu halda foto çəkmə imkanı

Minə yaxın fotonun ödənişsiz arxivini yaratmağa imkan verən foto tənzimləmə tətbiqidir. Süzgəclər açıq olduğu halda foto çəkməyinizə heç bir maneə yoxdur.

"Prisma"

Önə çıxan xüsusiyyətləri:
Müasir sənət filtrləri
Sürətli paylaşım
Müxtəlif pulsuz foto effektlər

"VSCO" kimi, "Prisma"-nın da özünə xas istifadəçi kütləsi var. Bu tətbiqi digərlərindən ayıran əsas xüsusiyyəti hər gün müxtəlif, yeni filtrlər təqdim etməsidir. Ancaq abunəlik qiymətinin yuxarı olması istifadəçilərin şikayət etdiyi əsas məqamdır.

"Adobe Photoshop Lightroom CC"

Önə çıxan xüsusiyyətləri:
Professional kamera əlavəsi
Hazır effektlər
İnteraktiv pulsuz dərslər

"Adobe" şirkətinin başqa bir tətbiqidir. Funskiyalar baxımından da "Adobe Photoshop Express"-dən seçilir. Eyni məqsədə xidmət edən iki fərqli Adobe interfeysinin alət dəstləri və menyusu bir-birindən tamamilə ayrıdır.

Afterlight 2

Önə çıxan xüsusiyyətləri:

Filtrlərin çoxluğu
Həqiqi 35 mm film istifadə edərək hazırlanan işıq sızması.
Xüsusi üz təmizləmə vasitələri

İlk versiyasına nəzərən xeyli təkmilləşən və istifadəçilərin sevdiyi foto redaktə tətbiqidir. "Afterlight 2" redaktə etdiyiniz şəkillərə çərçivələr əlavə etmə, parlaqlıq və kontrast parametrlərini qabaqcıl alət dəstləri ilə düzəltmə və rəngləri canlandırma funksiyalarını sizə təqdim edir.

"PicsArt"

Önə çıxan xüsusiyyətləri:
Orijinal filtrlər
Ödənişsiz
Şəkil qarışdırmanı dəstəkləmə

Ən məşhur mobil foto dizayn tətbiqlərindən biridir. Ancaq bunu da qeyd edək ki, tərkibindəki reklamlar istifadəçilərinin ciddi şikayətinə səbəb olur. Videolarınızı "GIPHY" cizgi etiketləri ilə redaktə etməklə daha effektiv istifadə imkanı əldə edəcəksiniz. "PicsArt" tətbiqi ilə foto və videolarınızı öz kreativ ideyalarınızla tənzimləyə bilərsiniz. Reklamlardan qurtulmaq üçün isə qızıl abunəliyə ödəniş etməli olacaqsınız.

"Hypocam"

Önə çıxan xüsusiyyətləri:
Xəbər axınında yaradıcı fotoları izləmək
Cazibədar interfeys
Daxili kamera ilə stabil işləməsi

Ağ-qara fotolarda ixtisaslaşmaq istəyirsinizsə, sizin üçün ən yaxşı foto tənzimləmə tətbiqidir. Zərif və düz interfeysi ilə istifadəsi asan olan bu mobil foto redaktə tətbiqi ilə yalnız qara və ağ fotoqrafiya mədəniyyətini götürməklə yanaşı, xəbər axınından ilham alan fotoları izləməklə də təcrübə qazana bilərsiniz.
Şəkil tənzimləməsində sizə kömək edəcək tətbiqetmələrlə fərq etmək istəyənlərdən biri olsanız, onun interfeysi və xüsusiyyətlərinə əsaslanaraq sizin üçün ən uyğun mobil foto düzəliş tətbiqetməsini seçə bilərsiniz.

Qeyd edək ki, hansı proqramdan istifadə etməyinizdən asılı olmayaraq, bu sahədə peşəkar biri olmaq istəyirsinizsə, əvvəlcə perspektivinizi inkişaf etdirməlisiniz. (publika.az)

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.