BMW 4 Series yavaş-yavaş kamuflyaj örtüyünü atır - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
BMW 4 Series kupesinin növbəti nəslinin yekun sınaqlarına başlanıb. Nürbirqrinq trekində idarəetmənin qiymətləndirilməsi üzrə sınaqdan çıxarılan prototip kamuflyaj örtüyünün bir hissəsini itirib. Belə ki, qızğın müzakirələr obyektinə çevrilmiş nəhəng radiator barmaqlığının üzərindəki örtük, demək olar ki, tamamilə götürülüb. İlin sonuna kimi satışa çıxacaq kupe bir müddət bundan öncə yenilənmiş Audi A5 Coupe və Mercedes-Benz C-Class Coupe modelləri ilə rəqabət aparacaqdır.
Milli.Az autograph.az-a istinadən bildirir ki, bir müddət bundan öncə, alman istehsalçısının mətbuat xidməti yeni nəslin 4 Series kupesinin sınaqların son mərhələsinə qədəm qoyduğunu bildirərək, yeni modelin kamuflyajlı prototipinin şəkillərini dərc edərək, yeni kupe haqqında bəzi təfərrüatları açıqlamışdı.
Məsələn, 4 Series modeli 3 Series sedanından 57 millimetr alçaq olacaqdır. Kupenin ağırlıq mərkəzi də 21 millimetr aşağı düşəcəkdir. Avtomobilin aerodinamik müqavimət əmsalı 0,015 azaldılıb. Kuzovun sərtliyinin artırılması üçün kapotun altında , alt hissədə və asqı elementlərinin bağlanması nöqtələrində gücləndiricilər quraşdırılıb.
4 Series kupesi 3 Series sedanından şassi ilə də fərqlənəcəkdir - söhbət təkcə asqı və sükan mexanizminin idman tənzimlənmələrindən getmir. Kupedə ön təkərlərin mənfi maillik bucağı artırılıb və digər sükan qolları quraşdırılıb, arxa tərəfində isə təkər izi 23 millimetr artırılıbdır. Kupe standart olaraq 18-düymlük təkər diskləri ilə təchiz ediləcəkdir.
Ekstremal BMW M4 modelini nəzərə almasaq, 4 Series ailəsinin ən güclü versiyası BMW M440i xDrive kupesi olacaqdır. Kupe M340i sedanından tanış olan 374 at qüvvəli 3,0-litrlik turbomühərrik və 48 voltluq startyor-generator ilə təchiz ediləcəkdir. 11 at qüvvəli elektromotor sürətlənmənin ilk saniyələrində mühərrikə yardım edəcək və start-stop sisteminin tərkib hissəsi olacaqdır. Bundan başqa, kupe 8-pilləli avtomatik transmissiyanı, ön oxda muftası olan tam ötürmə sistemini və elektronika idarə olunan arxa M Sport differensialını əldə edəcəkdir.
BMW 4 Series modelinin daha sadə versiyaları haqqında məlumat modelin rəsmi təqdimatı zamanı açıqlanacaqdır. Yeni kupenin debütü bir aydan sonra baş tutmalıdır. Kupenin ardınca modelin yumşaq tavanlı versiyası və beşqapılı Gran Coupe modifikasiyası işıq üzü görəcəkdir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Telefon qabınızın altına dəfnə yarpağı qoyun
-
Bu gündən etibarən avtomobilinizin şüşəyuyan suyunu dəyişdirin
-
Ən güclü intuisiyaya malik bürclər
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
XƏBƏR LENTİ
-
Telefon qabınızın altına dəfnə yarpağı qoyun
-
Bu gündən etibarən avtomobilinizin şüşəyuyan suyunu dəyişdirin
-
Ən güclü intuisiyaya malik bürclər
-
Selahattin Paşalının yeni işi
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat





