Bədənin orucundan çətin olan – ruhun orucu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Oruc - elə bir əməldir ki, bütün İlahi dinlərdə vacib sayılmışdır. Belə ki, Tövrat və İncil kitabında da orucun vacib edilməsinə aid ayələr vardır. Həzrət Musa (ə) 40 gün oruc tutur. İncildə oxuyuruq ki, Həzrət İsa (ə) da 40 gün oruc tutur.
Orucun insana fərdi, ictimai və müalicəvi təsiri vardır. Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq ki, buyurub: "Oruc tutun ki, sağlam olasınız".
Oruc insan ruhunu paklaşdırdığı kimi, insan bədənini də il ərzində topladığı zəhərli maddələrdən, zərərli yığıntılardan təmizləyər.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Əli (ə) buyurur: "Günahı (tərk etmək) düşüncəsi (üçün) ürəyin orucu mədə orucundan daha yaxşıdır".
Bu hədis iki növ oruca işarə edir: 1. Canın orucu. 2. Cismin orucu.
Bədən orucu tutmaq hər bir imanlı insan üçün çox asan bir işdir. İnsan yemədən və içmədən bir müddət səbir edə bilər. Lakin ən fəzilətli oruc - canın, yəni ruhun orucudur. Bu oruc - çox çətin bir orucdur və insan gün ərzində hər bir bədən üzvünü kontrol etməli və günahdan saxlamalıdır. Nəticədə insanın ürəyi oruc tutar ki, oruc tutmağın ən ali mərhələsidir. İnsanın qulağı orucdur, gözü orucdur, dili orucdur, beyni orucdur, nəfsi orucdur, ürəyi orucdur.
İmam Əli (ə) başqa yerdə buyurur: "Canın orucu - beş hiss orqanının günahın qalmış hissəsinə görə özünü saxlaması, ürəyin bütün çirkinlikdən xəlvət və rahat qalmasıdır". Əgər insan can orucu tutsa beş hiss orqanı daima nəzarətdə olar ki, günaha tərəf getməsin.
İmam Əli (ə) buyurur: "Dünya xoşluqlarına görə canın orucu - ən faydalı orucdur".
Oruc - dinin sütunlarından biridir ki, insanı həm ruhi və həm də cismi müalicə edər. Bu gün tibb bu qənaətə gəlib çatmışdır ki, bir çox sağalmaz xəstəlikləri məhz orucun yardımı ilə müalicə etmək olar.
Əziz İmam Əli (ə) başqa yrdə buyurur: "Allah orucu vacib buyurmuşdur ki, bəndələrinin ixlasını imtahana çəksin". Orucun başqa bir vəzifəsi - insan nəfsini islah etməkdir. İnsan oruc tutaraq itaətkar olar, təvazökar olar. Təkəbbürü və lovğalığı kənara qoyar. Nə qədər zəif və zəlil olduğunu anlayar.
Beləliklə deyə bilərik ki, orucun fəlsəfəsi - ruh və canı müalicə etmək, iradə və imanı gücləndirmək, nəfsi tərbiyə etmək və təkəbbürdən uzaq olmaqdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Aydan gətirilən toxumlar necə yetişdirildi? - Yerdəkilərdən heç bir fərqi olmadı
-
Pul dərhal yoxa çıxır: tez-tez borc içində olan BÜRCLƏR
-
Bir gündən sonra corablarınızda YAŞAYIR
-
Alimlər insan bədənində gizlənmiş üçüncü gözü aşkar etdilər
-
Yay mövsümünün ən dəbli kombinləri
-
Bakıda qəribə qəza: "Cip" evin damına çırpıldı - VİDEO
XƏBƏR LENTİ
-
Aydan gətirilən toxumlar necə yetişdirildi? - Yerdəkilərdən heç bir fərqi olmadı
-
Pul dərhal yoxa çıxır: tez-tez borc içində olan BÜRCLƏR
-
Uşaqlarda diş çıxarma dövrü - Valideynlər nələri bilməlidir?
-
Bir gündən sonra corablarınızda YAŞAYIR
-
Bu mürəbbələr şəfa qaynağıdır
-
Gündə 2 yumurta yesək bədənimizdə nə baş verər?
-
Alimlər insan bədənində gizlənmiş üçüncü gözü aşkar etdilər
-
İnsan üçün adi su, yoxsa mineral qazlı su xeyirlidir?
-
Bunu mütləq yoxlayın - Kababın dadına doymayacaqsınız
-
Banan qabığının faydaları: evdə istifadə etməyin 10 üsulu
-
Yay mövsümünün ən dəbli kombinləri
-
İdeal yuxu vaxtına diqqət edin
-
Putin Ermənistana xəbərdarlıq etdi
-
Külək paytaxtda fəsadlara səbəb oldu - FOTO
-
Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yoluna ağac aşdı
-
Dünyanın ən bahalı futbol klublarının reytinqi açıqlandı
-
Azərbaycanda məktəb direktoru vəfat edib
-
Küləyin sürəti güclənib, bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
-
Türkiyədə 110 nəfəri daşıyan tur gəmisi batdı
-
Milyonlarla izləyicisi olan iti oğurlayıb yedilər
-
“Uzak Şehir”in ulduzları arasında gizli münasibət ortaya çıxdı
-
Instagrama pullu abunəlik Rusiyada ekstremistlik sayılacaq
-
Mingəçevirdə külək ağacları aşırdı, yollar bağlandı
-
Ukraynada azərbaycanlı meri bıçaqlayan TUTULDU





