Maraqlı

Smartfon kameraları populyarlığını itirir? Sifarişlər 30% azalıb

9 May 2020 21:40
0 Şərh     Baxış: 1 416
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstehsalçılar smartfonlar üçün kamera sifarişini 30% azaldıb.

Smartfon üçün kamera obyektiv istehsalçısı dünyaca məşhur Largan şirkəti aprel satışları ilə bağlı hesabat yayımlayıb. Yayımlanan hesabata görə, smartfon üçün kamera avadanlığına olan sifariş mart ayı ilə müqayisədə 13,98%, illik sifarişlə müqayisədə isə 6,03% azalıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, ötən ay şirkət 115 milyon dollar gəlir əldə edib.

Şirkətin məlumatına əsasən, aprel ayında satılan kamera tipləri aşağadakılardı:

20 meqapiksel və daha çox - 20-30%

10 meqapikseldən 20 meqapiksələ qədər - 40-50%

8 meqapikseldən 10 Meqapiksələ qədə- 20-30%

8 meqapikseldən - 0-10%

Həmçinin, məlumatda qeyd olunur ki, smartfon istehsalçıları bu ilin ikinci rübü üçün kamera avadanlıq sifarişlərini 30% azaldıb.

Sifarişlərini azaldan şirkətlər aşağıdakılardır:

Samsung - 30%

Oppo - 20-30%

Xiaomi - 10-20%

Huawei - 5-10%

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.