Maraqlı

Koronavirusdan qoruyan nanosellüloza yaradılıb

23 Aprel 2020 22:20
0 Şərh     Baxış: 771
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avstraliyanın Kvinslend Texnologiya Universitetinin mühəndisləri koronavirusla mübarizə məqsədilə nanosellüloza yaradıblar.

Milli.Az ted.az-a istinadən bildirir ki, mütəxəssislər iddia edirlər ki, bu material qoruyucu maska və filtrlərin istehsalı üçün mükəmməl vasitədir.

Yeni nanosellüloza adi materiallarla müqayisədə 100 nanometrdən kiçik ölçüyə malik hissəcikləri özündə saxlayır və koronavirusa qarşı tamamilə effektivdir. Bununla yanaşı, o, nəfəs almanı çətinləşdirmir. Bu isə respirator xəstəlikləri olan insanlar üçün xüsusilə aktualdır.

Layihənin iştirakçılarından Tomas Reyni bildirib ki, material virus ölçüsündə nanozərrəcikləri bazarda olan yüksək keyfiyyətli maskalar ilə müqayisədə daha effektiv saxlayır.

Hazırda mütəxəssislər istehsalla məşğul ola biləcək partnyorlar axtarışındadırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.