Maraqlı

Bombardier Global 6500 - geniş məkan təklif edən cet - FOTO

23 Aprel 2020 21:01
0 Şərh     Baxış: 670
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bombardier Aerospace şirkətinin təklif etdiyi Global 6500 layneri əvvəlki Global 6000 versiyasına əsaslanır, lakin bir sıra ciddi üstünlüklərə malikdir: artan uçuş diapazonu, yanacaq xərclərinin azaldılması, həmçinin yeni dekor elementlərini və kresloları almış tamamilə yenidən qurulmuş interyer.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Bombardier Global 6500 cetinin uzunluğu 30,5 metr, hündürlüyü 7,8 metr, qanadlarının ucları arasındakı məsafə isə 28,7 metrdir. Ən müasir qanad texnologiyası və yeni hazırlanmış Rolls-Royce Pearl mühərrikləri layneri mükəmməl uçuş diapazonu, sürət və manevr qabilyyəti ilə təmin edir. Bu sadlananlar sayəsində laynerin maksimal uçuş hündürlüyü 15.545 metr, kreyser sürəti isə 956 km/saat təşkil edir. 17 sərnişini qəbul edə bilən Global 6500 cetinin uçuş məsafəsi 12.223 kilometr təşkil edir.

Global 6500-in kokpitindəki Bombardier Vision cihaz avadanlığı işgüzar aviasiyada ilk əsl kombinə edilmiş görmə CVS (Combinated Visual System) sistemini təmsil edir - bu sistem yaxşılaşdırmış və sintetik təsvirləri bir görüntüdə tam birləşdirməyə imkan verən yeganə sistemdir. Təyyarənin kokpiti dörd 15-düymlük LCD monitoru, təkmilləşdirilmiş üçüncü nəsil görmə EVS (Enhanced Vision System) sistemi, baş ekranı və süni görmə SVS (Syntetic Visual System) sistemi daxil olan Rockwell Collins Pro Line Fusion avionika sistemi ilə təchiz edilmişdir. Ayrıca təyyarədə avtomatik texniki xidmət və diaqnostika sistemi quraşdırılmışdır.

Global 6500 cetinin salonunun uzunluğu 13,18 metr, hündürlüyü - 1,88 metr,, eni isə 2,41 metrdir. Sərnişinlərin rahatlığını təmin etmək üçün ən son texnologiyalar və dizayn həlləri bu modelə inteqrasiya edilib. Layner sərnişinlərə məkan və zərifliyin misli görünməmiş vəhdətini təklif edir. Bundan başqa, kabində daha hündür dirsəkaltıları olan innovasion geniş kreslolar quraşdırılıb. Salonun üç ayrı yaşayış sahəsi, maksimal konfidensallığı və uğurlu uçuş təcrübəsini təmin etmək üçün hazırlanmışdır.

Club Suite - işləmək və ya istirahət etmək üçün mükəmməl bir məkandır. Global 6500 təyyarəsi ənənəvi oturacaqdan canını qurtararaq, onları erqonomik cəhətdən şah əsəri sayılacaq sadə və rahat Nuage kresloları ilə əvəz edib. Club Suite görüşlər, yemək və istirahət üçün universal bir məkandır. Dörd nəfərlik masa vacib görüş və ya ləzzətli nahar üçün idealdır. İşgüzar aviasiyasında ilk olan eksklüziv taxt, kitabla istirahət etmək və ya dünyada baş verənləri izləmək üçün mükəmməl bir yerdir.

Private Suite - sizin təyyarənizdəki sığınacağınızdır. Kabinənin ən sakit hissəsində yerləşən bu məkan, rahat şəkildə yuxulamaq üçün maksimum rahatlığı təqdim edir. Duş kabinəsi olan qonşu vanna otağı iri dolab ilə birlikdə, tez bir zamanda gücünüzü bərpa edib, yeni çətinliklərə hazır olmağa imkan verir.

Qonaqların xidmətinə verilmiş geniş divanı, yaxşı işıqlandırmanı təmin edən geniş pəncərələri və müstəqil tənzimlənən temperatur nəzarəti olan məkan  yataq otağına çevirilə bilər. Şəxsi En Suite əlavə olaraq, Private Suite də məxfilik üçün bağlana və çalışma zonası kimi istifadə edil bilər ki, bu da onun universallığını vurğulayır.

En Suite - müasir üslub və istifadə rahatlığına malik olan bu məkanda, əl-üz yuyan və tualet, habelə asılqan və rəfləri olan əşyalar üçün şkaf mövcuddur. Qeyd etmək gərəkdir ki, Global 6500 həmçinin ayaqüstü duş kabinəsi təklif edən ilk reaktiv cetidir.

İndi isə, keçək əsas məsələyə. Bəs bu gözləəik üçün nə qədər ödəmək lazımdır? Bombardier Global 6500 cetinin təxmini dəyəri 56 milyon dollar təşkil edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.