Maraqlı

Əkizləri üçün milyonluq oyun evi inşa etdirirlər

14 Aprel 2020 19:19
2 Şərh     Baxış: 1 842
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hollivudun ən çox qazanan aktyoru Corc Kluni (500 milyon dollar sərvəti var) və vəkil xanımı Amal Kluni koronavirusdan qorunmaq üçün Los-Ancelesdəki villalarına sığınıblar.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, məşhur cütlük karantin rejiminin bitmə vaxtını bilmədikləri üçün evlərində əkizləri Ella və Aleksandra əyləncə mərkəzi yaratmaq qərarına gəlib.

Malikanənin həyətində tikilməsi nəzərdə tutulan oyun evi ikimərtəbəli olacaq. Memarı Michael S. Smith olan kiçik ev cütlüyün yaşadıqları villanın görünüşü ilə eyni olacaq. Sırf əyləncə atraksionlarından ibarət olan məkanın mətbəxi və hamamı da inşa ediləcək.

Ailə öz evlərindəki təmir işlərini də nəzərə alaraq tikintiyə 1, 1 milyon dollar ayırıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.